Icma.az
close
up
RU
DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm

DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm

Icma.az, Olke.az saytına istinadən bildirir.

"Çox təəssüf ki, Razi əməliyyata girəndə mənə heç kəs məlumat vermədi. O, biləndə ki, əməliyyata girməlidir ətrafındakılara xəbər edib. Anası da yanında olduğu üçün onunla olub. Hamı da instaqramda gördü ki, əməliyyat zamanı rəfiqələri və anası yanında olub".

"Ölkə.az" xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında bir neçə gün əvvəl ana olan model Razi Əliyevanın ayrılmaq ərəfəsində olduğu həyat yoldaşı Nicat Əliyev deyib. Sualları cavablandıran Nicat övladının doğulmasından xəbərsiz olduğunu bildirib.:

"Uşaq doğulanda telefonuma tanımadığım nömrədən mesaj gəldi ki, oğlum olub və adı Mikayıldır, şüşəyə yerləşdirilib. Razi xanım vaxtından əvvəl doğuş edib. Həmin şəxs özünü uşağın dayəsi kimi təqdim etdi. Uşağımın adından belə xəbərim yox idi. Razinin uşağa hansı adı qoymaq istədiyini ortaq tanışlarımızdan eşitmişdim.

Doğuşun belə tez olması məni qorxutdu. Çünki körpə yanvarın sonunda dünyaya gəlməli idi. Xəbəri öyrənən kimi xəstəxanaya getdim və doğuşu edən həkimlə danışdım. Bildirdi ki, həmin gün səhər Razi diaqnostikaya gəlib və yoxlanışdan sonra məlum olub ki, onu dərhal əməliyyat etmək lazımdır. Ona görə də uşaq hamiləliyin 32-ci həftəsində dünyaya gəlib".

Nicat əlavə edib ki, o, Razini görmək istəyəndə xəstəxana işçiləri imkan verməyib:

"Həkim dedi ki, Razi də özünə gəlib. Uşaq sağlam doğulub, amma bir neçə həftə orada qalmalıdır. Anam da nəvəsini görmək üçün xəstəxanaya yaxınlaşdı. Mən, anam və əllərində gül olan iki köməkçi palataya yaxınlaşmaq istəyəndə xəstəxana işçiləri qabağımızı kəsdi, dedilər ki, Razi məni nə palataya buraxmaq istəyir, nə də görmək. İşçilərə dedim ki, onun qanuni həyat yoldaşıyam, etdikləri qeyri-qanunidir. Bundan sonra onlar məcbur mənə içəri keçməyə icazə verdilər. Razi işarə etdi ki, məni görür, amma danışmaq istəmir. Anam da onun halını soruşdu, biz uşağı görməyə getdik. Uşaq şüşədə olduğu üçün onu ancaq aralıdan izləyə bildirk. Bundan sonra da Razi mənimlə ancaq dayə vasitəsi ilə əlaqə yaradıb".

N.Əliyev bir müddət əvvəl verdiyi müsahibə ilə bağlı sualları da cavablandırıb. O bildirib ki, insanlar onun pul qarşılığında belə açıqlama verdiyini düşünüb:

"Hamı elə bilir hər şey şoudur, uşağın atası isə başqa adamdır. Hətta çoxları yazır ki, uşağın atasının kimliyini bilirlər. Hamıya bildirmək istəyirəm ki, bizim evliliyimiz həqiqidir. Biz bir ailə olaraq yaşamışıq, əminəm ki, uşaq mənimdir. Bütün şübhələri yox etdrmək üçün mən DNT analizi edəcəyəm. Bunun cavabını isə mediada açıqlayacağam. Sadəcə, indi ən əsas məqam uşağın və Razinin sağlamlığıdır. Uşaq xəstəxanadan çıxan kimi bununla məşğul olacağam".

Nicat rəsmi boşanıb-boşanmamaları haqda da danışıb:

"Hələ yox. Məhkəmənin birinci iclası bu ayın 25-nə təyin edilib. Məncə, uşaq Razidən ağıllıdır, qanuni nikahdan doğulmaq istəyib (gülür). Ümid edirəm ki, uşağın anadan olmasını nəzərə alaraq məhkəmə bizi boşamaz. Çünki Razi xanımın boşanmaqda tələsməyinin yeganə səbəbi məni uşaqdan ayırmaqdır. Mənim isə tək istəyim uşağımı böyütmək və ona lazımi tərbiyəni verməkdir. Onun ilk addımlarını görmək, sözlərini eşitmək istəyirəm. Hər zaman övladımın yanında olacağam və çalışacağam düz mühitdə böyüsün".

Qeyd edək ki, Razi və Nicat ayrılıb. Nicat Razinin boşanmaq üçün iki vəkil tutduğunu deyib. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 Noyabr 2024 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see374

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see275

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see246

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see245

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see243

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see238

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see233

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see232

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see230

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see229

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see229

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see225

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see217

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see212

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see204

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see201

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see198

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see180

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see178

Danimarka XİN: Qrenlandiya üzrə ABŞ lə razılaşmada suverenlik qorunub

21 Sentyabr 2026 03:02see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri