Icma.az
close
up
RU
Dodaqlarınız xasiyyətiniz haqda nə deyir? XARAKTERİSTİKA

Dodaqlarınız xasiyyətiniz haqda nə deyir? XARAKTERİSTİKA

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Dodaq forması ilə xarakter analizi aparmaq mümkündür. Bəli, düz bildiniz.

Qalın dodaqlar məsuliyyət hissinin, nazik dodaqlar naz-qəmzənin göstəricisidir. Ailem.az sizə dodaqların xarakterinizə təsiri barədə məlumat verir.

Alt dodaq və üst dodaq bərabərdir

Belə dodağı olan şəxslər adətən taraz, problem həll edən, samballı adamlar olaraq tanınır. Tənqid olunmaqdan narahat olmaz, insanların düşüncələrinə də hörmətlə yanaşarlar. Onları hirsləndirmək haradasa imkansızdır. Ancaq dəmir kimi əsəblərinə rəğmən, sevməyi də, gülməyi də bacarırlar. Onlar üçün stəkanın yarısı həmişə doludur.

Nazik, bir az qabarıq dodaqlar

Belə dodaqları olan insanlar azacıq yaramaz, azacıq nazlı olurlar. Həyatdakı öncəlikləri öz rahatlıqları və duyğularıdır. Özlərinə qulluq etməsələr, kiminsə onlarla maraqlanmayacağını düşünürlər. Onları tanıdıqca bəlkə bir az eqoist olduqlarını düşünə bilərsiniz, amma məsələ eqoistlikləri deyil. Çox sadiq və yaxşı dost olurlar. Axtarsanız, ilk yardımınıza gələcək olan dostunuz yenə odur.

Çox nazik üst dodaq

Liderlik ruhlarında var. Təsir etmə qabiliyyətində bacarıqlı, enerjili, çarə düşünən, müdhiş bir şəxsiyyətdir. Nə olursa-olsun müvəffəqiyyətin və problemləri həll etməyin bir yolunu mütləq tapırlar. Ancaq romantik əlaqələr mövzusunda çox parlaq olmaya bilirlər. Çünki həyatdakı öncəlikləri xarakterli bir insan olaraq var ola bilməkdir, mütləq kiminləsə birlikdə olmaq deyil.

Qalın və yumşaq dodaqlar

Belə dodaqlara sahib insanlar mütləq bir başqasının məsuliyyətini öz üzərinə götürmək üçün doğulublar. Əgər dodaqlarınız belədirsə, uşaqlığınızın bir qismini küçədəki heyvanları qidalandıraraq, ya da onlara sahiblənərək keçirmiş ola bilərsiniz. İçinizdən gələn bir analıq instinktinə sahibsiniz və digərlərini qoruma istəyiniz çoxdur. Stressli hər hansı bir vəziyyətdə öncə başqalarını düşünürsünüz. Belə insanların çox yaxşı valideyn olduğu düşünülür.

Üst dodaq alt dodaqdan daha qalındır

Belə dodaqları olan şəxslər diqqət mərkəzində olmağı daha çox sevirlər. Duyğusal, xarizmatik, eşqi sevən və diqqət çəkməkdən xoşlanan şəxslərdir. Özlərini çox sevirlər və insanların diqqətini çəkmək kimi istedadları var. Maraq dairəsi olmağı çox sevirlər. Ən gülməli zarafatlar və cümlələr də daim bu şəxslərin dilindən eşidilir.

Alt dodaq üst dodaqdan daha qalındır

Dürüst olun: Ofis işi ilə məşğul olmaq heç sizə görə deyil? Bayır bu qədər canlı ikən kim ofisdə oturmaq istəyərr? Belə dodaqları olan şəxslər əylənməyin nə olduğunu həqiqətən yaxşı bilirlər. Enerjili bir yaşam, yeni dostlar, yeni məkanlar, yeni kəşflər daim onlar üçün həyəcanverici olur. Sizin də dodaqlarınız belədirsə, insanlara yeni macəralar yolunda öndərlik edə biləcək, super əyləncəli bir lidersiniz, bilmiş olun!

Nazik dodaqlar

Nazik dodaqlı insanlar adətən yalnızlığı sevirlər. Özləri ilə olmağı seçirlər, tənha şəxs olaraq problemləri ilə yaxşı maraqlana bilirlər. Siz də nazik dodaqlara  sahibsinizsə, muzeyə, səyahətə tək getməyi seçənlərdən biri ola bilərsiniz. Yalnızlığı sevmənizə rəğmən, sosial şəraitlərdə də xoşbəxt olur və narahatlıq duymazsınız. İnsanlarla rahatlıqla ortaq bir dil tapıb dostluq da qura bilərsiniz.

Kəskin bir dodaq oyuğu

Bu insan haqqında başdan-ayağa yaradıcıdır deyə bilərik. Adətən istedadlı bir rəssam, ya da musiqiçi olurlar. Üzləri və adları xatırlamaqla bağlı möhtəşəm yaddaşları var. Tanıdıqları hər kəslə münasibətləri olur və hər zaman ətraflarında baş verən hadisələrə hakim olurlar. Sosial, özünü yaxşı ifadə edə bilən və hər zaman işlərində müvəffəqiyyət qazanan şəxslər olurlar.

Yuvarlaq bir dodaq oyuğu

Əgər sizin də dodaqlarınız belədirsə, o zaman duyğusal, həssas və mədəni bir insansınız. Şanssız hadisələr adətən sizi kədərləndirir, başqalarına kömək etmək də ruhunuzda var. İnsanlara və dünyaya kömək etmək adətən bu dünyada etmək istədiyiniz tək şeydir.

Bilinməyən dodaq oyuğu

Bu insanlar bu dünyada tapa biləcəyiniz ən güvənilən və məsuliyyətli insanlardır. “Ağrısa da öldürməz” - bu şəxslərin həyat fəlsəfəsidir. “Mümkünsüzdür” sözündən xəbərləri yoxdur. Sistemləri var, hə şey zamanında edilir. Həyatlarındakı şəxslər onlara güvənmək mövzusunda heç tərəddüd etməzlər. Onlara görə həll edilməyəcək problem yoxdur. Bütün hallarda probleminizi həll edəcək dostlardır onlar.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 08:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri