Icma.az
close
up
RU
Doğma yurdlarına qayıdan soydaşlarımız Böyük Qayıdışın təbliğatçısına çevrilməlidirlər

Doğma yurdlarına qayıdan soydaşlarımız Böyük Qayıdışın təbliğatçısına çevrilməlidirlər

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


"Böyük Qayıdış" prosesinin uğurla davam etməsi, əslində, hər birimizi içdən sevindirməlidir. Çünki indi Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır, erməni vandallarının məhv etdiyi yurd yerlərimiz dirçəlməyə başlayır, keçmiş məcburi köçkünlərin öz doğma ocaqlarına qayıdışı getdikcə daha da geniş vüsət alır. Demək olar ki, hər gün Ağdam, Xocalı, Xocavənd, Xankəndi, Cəbrayıl, Şuşa, Kəlbəcər, Zəngilanın şəhər mərkəzlərinə və kəndlərinə növbəti köç karvanları yola salınır. Düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimiz bərpa edildikcə, yüzlərlə, minlərlə soydaşımız böyük sevgi ilə öz yurdlarına geri qayıdır. Belə ki, 2025-ci ildə "Böyük Qayıdış" Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda 7 şəhər, 22 kənd və 3 qəsəbəyə vətəndaşların köçürülməsi davam etdirilib.
Soydaşlarımız 30 il işğal altında qalan torpaqlarımıza geri döndükcə, o yerlərin dirçəlişi daha da sürətlənir, azad olunmuş ərazilərimiz ikinci baharlarını yaşayırlar. Bu gün Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq "Böyük Qayıdış" Proqramı çərçivəsində Qarabağa yola salınan hər bir köç karvanı dirçəlişin və inkişafın göstəricisi sayılır. Biz də bir vətəndaş olaraq o köç karvanlarının yola salınması barədə xəbərləri öz səhifələrimizdə paylaşmalı, yurdlarına qovuşan insanlarımızın qayıdış sevincini hər kəslə bölüşməli və beləliklə, Böyük Qayıdışa bacardığımız qədər fərdi töhfəmizi verməliyik. Mən şəxsən işğaldan azad olunmuş ərazilərimizə yola salınan hər bir köç karvanı barədə, orada keçirilən tədbirlər haqda mütəmadi paylaşımlar edirəm, Qarabağ və Şərqi Zəngəzurda fəaliyyətə başlayan məktəblərin uğurları ilə bağlı məlumatları bölüşürəm. "Böyük Qayıdış" Proqramı çərçivəsində görülən yaxşı işləri işıqlandırmaq hər birimizin borcudur.
Ancaq çox təəssüf ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş miqyaslı bərpa-quruculuq işlərinə xələl gətirməyə, kölgə salmağa çalışan pis niyyətli, təxribatçı qüvvələr də çoxdur. Və əfsuslar olsun ki, bəzi məsuliyyətsiz və dəngəsiz insanlarımız da öz yersiz paylaşımları, provokativ rəyləri ilə həmin qüvvələrin "dəyirman"ına su tökür və öz səhv hərəkətləri, xətaları ucbatından baş verən xoşagəlməz halları ört-basdır etmək üçün yalan iddialarla Qarabağda görülən işlərə bilərəkdən və ya bilməyərəkdən kölgə salırlar. Bugünlərdə sosial şəbəkələrdə Ağdamın Kəngərli kəndinə köçən bir şəxsin həmin kənddə tikilmiş evlərin, guya, yanğın təhlükəsizliyinə cavab verməməsi ilə bağlı əsassız iddia ilə çıxış etməsi də məhz bu qəbildən olan hallardan biridir.
Düzdür, həmin şəxs sonradan mediaya verdiyi açıqlamada paylaşdığı videonun yanlış istifadə olunduğunu bildirib və deyib ki, onun videosunu bəzi vicdansızlar neqativ formada bəzəyib paylaşıblar. Sözügedən Kəngərli sakini məsələnin belə forma almasına görə bərk narahat olduğunu da qeyd edib. Ancaq bu cür narahatçılıq və ya sonrakı peşmançılıq, necə deyərlər, tamamilə faydasızdır. Çünki suyu bulandırmağa hazır olan qüvvələr, fürsətçi ünsürlər onun videosundan öz məkrli məqsədləri üçün maksimum dərəcədə yararlandılar, Böyük Qayıdış çərçivəsində görülən işləri mənfi planda göstərməyə çalışdılar.
Həmin qüvvələr Ağdamın, Kəlbəcərin, Cəbrayılın və digər şəhərlərimizin, qəsəbə və kəndlərimizin sıfırdan inşa edilməsini göstərən kadrları, görüntüləri tirajlamağa, yaymağa heç vaxt təşəbbüs göstərməyiblər. Onlar yağı düşmən kimi pusquda dayanıb hər an fürsət gözləyir və daim nöqsan axtarırlar. Çünki bu cür antimilli qüvvələrin əsl hədəfi qayıdışı və dirçəlişi gözdən salmaqdır. Lakin biz o fürsətçilərə heç bir şans verməməliyik. Doğma yurdlarına qayıdan soydaşlarımız Böyük Qayıdışın təbliğatçısına çevrilməlidirlər.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 30 Dekabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see325

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see167

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see166

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see154

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see147

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see145

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see145

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see144

Zelenski: İlin ən gərgin diplomatik günləridir

28 Dekabr 2025 16:54see133

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see132

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri