İcra Hakimiyyətindən Röyanın qarşılanması məsələsinə Reaksiya
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Xalq artisti Röya Ayxan Yeni il münasibətilə konsert vermək üçün Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olub.
“Qafqazinfo” xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Xətai Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan tədbirdə iştirak edən müğənni icra başçısı Rafiq Quliyev tərəfindən qarşılanıb. Müğənninin qarşılanma mərasimi, rəsmi şəxslərin onunla foto çəkdirməsi müzakirələrə səbəb olaraq birmənalı qarşılanmayıb.
Məsələ ilə əlaqədar Xətai RİH-yə ünvanladığımız sorğuya belə cavab aldıq: “Azərbaycan Respublikasının Xalq artisti 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Xətai rayonu ərazisində yerləşən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin şagirdləri üçün konsert proqramı ilə çıxış edib. Tədbirdə icra başçısı, millət vəkilləri, şəhid və qazi ailələri və digər qonaqlar iştirak ediblər. Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin memarı olduğu Liseyin muzeyi ziyarət olunub.
İnsanın evinə qonaq gələndə onu qarşılayırlar. Minnətdarıq ki, Xalq artisti gəlib belə bir tədbirdə uşaqlarımızı sevindirdi. Burada pis nəsə yoxdur”.
Gülnar Əliyeva


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 30 Dekabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















