Sabunçu Tibb Mərkəzinin kollektivi uşaq sığınacağını ziyarət etdi Fotolar
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Sabunçu Tibb Mərkəzinin rəhbər və işçi heyəti “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzini ziyarət edib.
Ziyarət Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirovanın rəhbərliyi ilə baş tutub. Tədbirdə mərkəzin inzibati işlər üzrə müavini Rəşad Veysov, terapevtik işlər üzrə müavini Sevinc Həsənova, eləcə də şöbə müdirləri iştirak ediblər.
Qeyd edək ki, sığınacağın tabeliyində hazırda ümumilikdə 43 uşaq var. Onlardan 40-ı qız, 3-ü isə oğlandır. Ziyarət zamanı uşaqlarla səmimi görüş keçirilib, onların qayğıları ilə maraqlanılıb, bayram münasibətilə təbriklər çatdırılıb və hədiyyələr təqdim olunub.
“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə uşaqlara göstərilən diqqət və qayğıya görə Sabunçu Tibb Mərkəzinin kollektivinə minnətdarlığını bildirib.
O bu cür sosial təşəbbüslərin uşaqların mənəvi-psixoloji inkişafı və cəmiyyətə reinteqrasiyası baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Sabunçu Tibb Mərkəzinin kollektivi milli birlik və həmrəylik dəyərlərinin təbliği, eyni zamanda sosial məsuliyyət prinsiplərinə uyğun olaraq həssas təbəqələrə dəstək məqsədilə bu kimi xeyriyyə və sosial layihələrin gələcəkdə də davam etdiriləcəyini hədəfləyir.








Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 30 Dekabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















