Icma.az
close
up
RU
Doğranmış çörəklərlə bağlı XƏBƏRDARLIQ

Doğranmış çörəklərlə bağlı XƏBƏRDARLIQ

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir çox qidalarda, xüsusən gündəlik alınan süd və çörək məhsullarında istehsal və son istehlak tarixinin qablaşdırmanın diqqət çəkməyən və uğursuz hissəsində həkk olunması narazılıq doğurur. Xüsusən paketlərdə satılan doğranmış çörəklərin son istifadə tarixinin klipsə yazılması, eləsə də süd məhsullarının bankaların deyil, qapağın üzərinə çəkilən kağıza yazılması məqbul sayılmır.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan qida eksperti Məhsəti Hüseynova bunun istehlakçı hüququnun pozulması olduğunu bildirib:

 “Ümumiyyətlə, qida məhsullarının üzərində istehsal tarixi və istifadə müddəti ən vacib hesab olunan məlumatlardandır. Xüsusən saxlanlma müddəti qısa olan məhsullarda son tarix mütləq göstərilməlidir. Uzun müddətli məhsullarda da, eləcə də, premium qidalarda, xarici ölkədən gətirilən ərzaqlarda bu məqamların -  son istifadə, istehsal, saxlanılma və s. hamısının olması şərtdir.

Lakin rəf ömrü qısa olan süd, süd məhsulları, çörək məhsullarında mütləq şəkildə son istifadə müddəti açıq-aydın, oxuna biləcək və istifadə olunub bitənədək görünəcək hissədə göstərilməlidir. Məsələn, çörəklərin son istifadə tarixi  yapışqanlı, yaxud da paketin ağzını bağlayan klipsdə, yaxud hansısa plastik hissəciyin üzərində yazılırsa, bu, qida təhlükəsizliyi qaydalarının və istehlakçı hüquqlarının pozulması deməkdir. Azərbaycan qanunvericiliyi buna dəqiq və qəti şəkildə əməl olunmasını tələb edir.

Çörəyin tərkibindəki məhsullara görə onun saxlanılma müddəti 48-72 saat arasında dəyişir. Yaxşı olar ki, istehsalçı şirkət bunu klipsin deyil, paketin üzərinə həkk eləsin.

Eləcə də, süd məhsullarında da buna diqqət olunmalıdır. Şüşə bankalarda olan ərzaqların son istifadə tarixi qapağının üstünə örtülən kağıza yox, bankanın üstünə yazsın. Çünki digər halda istehlakçı yüksək risk qrupuna aid olan süd məhsullarının son istifadə tarixini izləyə bilmir”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://news24.az
archiveBu xəbər 29 Aprel 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see431

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see302

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see277

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see251

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see235

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see226

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see221

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see217

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see214

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see202

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see194

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see193

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see192

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see191

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see185

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see185

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see184

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see183

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri