Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Ölümdən sonra insanı nə gözləyir?

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

Doğrudanmı, yasda ehsan vermək yasaqlanmalıdır?

Doğrudanmı, yasda ehsan vermək yasaqlanmalıdır?

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qanun - üzrlü səbəbdən məcbur qaldığın adətdir, adət - könüllü olaraq məruz qaldığın qanundur. Amma adət haqqında qanun da ola bilər. Olmaya da bilər; cəmiyyət özü tənzimləməyi bacarar.

Bir zaman Milli Məclisdə toy və yas adətləri haqqında qanun layihəsi də hazırlanmışdı. Ancaq qəbul edilmədi.

Niyə qəbul edilmədi?

Bu sualın cavabı hələ də sirr olaraq qalır. Ancaq bir fakt hər kəsə bəllidir; ölkədə toy mafiyası da var, yas mafiyası da.

Mafiya deyəndə, bəlkə gözünüzün qarşısında dərhal Siciliya mafiyası, Palermo silahlı hesablaşmaları, "Sprut" canlanır. Ya da ən azı "Laz Ziya"-filan... Ancaq mafiya təkcə adamları silahla öldürən canilər təşkilatı deyil. Əksinə toy mafiyası adamların yaşamasında və xoşbəxt olmasında maraqlıdır ki, öz pulunu-varidatını gətirib toyxana sahiblərinin önünə sərsin. Ya da qohum-qardaşdan topladığını. Yas mafiyasına gəlincə, bunların da adam öldürməyə ehtiyacı yoxdur. Çünki adamlar onsuz da hər gün öz əcəli ilə (yaxud əcəli-mayallaq) özləri ölüb gedir. Yas mafiyası dırhal öz çadırı-samovarı, öz mollası, mürdəşiri, öz qiymət cədvəli (price-list) ilə peyda olur və ölüdən pul qazanır.

Hə, düzdür, zəhmət çəkir, xidmət göstərir, qazanır və qazanmalıdır da. Ancaq hər şeyin həddi-hüdudu, bəlli bir əndazəsi var. Toy və yas adətlərimiz çoxdan bu əndazəni aşıb, insanların cəmiyyətdəki yerini bəlirləməyə, ictimai statusunu vurğulamağa, çevrəsini sərgiləməyə başlayıb. Daha doğrusu, çoxdan başlayıb və çox əcaib formalarda-formatlarda davam edir. Bu, israfçılığa və onsuz da əzizini itirmiş insanın bir də maddi itkilərlə, əlavə qayğılarla yüklənməsinə səbəb olur. Halbuki Qurani-Kərim israfçılığı yasaqlayıb. Məsələn, "Əraf" surəsində belə bir ayə var: "Yeyin-için, ancaq israf etməyin, çünki (Allah) israf edənləri sevməz.

Bu gün yas məclislərində israfçılıq etmək əslində Allaha xoş getmir, bir növ günaha yazılır.

Heç ehsan verməmək də olmaz; tutaq ki, xurma,çay, halva kifayət edər. Bunları süfrəyə qoymamaq da olmaz. Ancaq bundan əlavə çoxlu yemək, içki-filan da ifrata varmaqdır. Bunu da etmək olmaz. Çünki Allah xəsisliyi də sevməz, israfçılığı da. Baxın, Allah "İsra" surəsində buyurur: "Nə əldən bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan".

Qınanmamaq və peşman olmamaq üçün toy və xüsusilə, yas adətlərimizi sadələşdirmək, asanlaşdırmaq lazımdır. Adətləri elə tənzimləmək lazımdır ki, toyda ziyafət verməyə də, yasda ehsan süfrəsi açmağa da hər kəsin gücü çatsın. Hamının maddi imkanları bərabər deyil.

İfrat toy ziyafətçiliyinə görə bu gün çox cavanlar ailə qura bilmir. Əzizini itirən adamlar var, indiki o ifratçı yas süfrəsini qurmağa gücü çatmır və əzizini o biri dünyaya urvatsız uğurladığını düşünür, qəhr olur. Ona görə də cəmiyyətdə bu adətlərin sadələşdirilməsi tələbləri getdikcə artır, bu səslər getdikcə daha ucadan eşidilir. Beləliklə, toy və yas adətlərinin daha da əlçatan olması artıq çoxdan sosial sifarişə çevrilib.

Bir çox bölgələrimizdə din xadimlıri el ağsaqqalları ilə birlikdə yas məclislərində ehsan verilməməsi ilə bağlı ortaq qərara gəlib. Son belə xəbər Kürdəmirdən gəldi. Bundan əvvəl başqa bölgələrdədə belə qərarlar verilib. Bu da tamamilə doğrudur. O da doğrudur ki, bunu istəməyənlər, israfçı ehsançılığa haqq qazandırmaq istəyənlər də var. Ancaq adət, dediyimiz kimi, könüllü məruz qaldığımız qanundursa, bu qanunu könüllü olaraq və cani-könüldən yerinə yetirə bilərik. Ehsanın heç verilməməsindən söhbət getmir, yas məclisini restorana çevirməyin yanlış olduğundan danışırıq.

Həyat onsuz da çox çətindir və gündən-günə daha da çətinləşir. Bir də biz özümüz öz həyatımızı süni olaraq çətinləşdiririk. Yas mərasimi yemək-içmək məclisi deyil, hər şeyin bir həddi var. O həddi hamılıqla qorusaq, hamı razı qalar, heç kəs zərər görməz.

Seyid Əhmədli, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 25 İyul 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see325

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see234

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see226

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see222

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see214

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see209

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see208

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see208

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see207

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see207

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see205

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see205

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see202

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see201

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see199

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see199

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see180

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see178

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see175

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri