Icma.az
close
up
RU
Doğulduğu gündən hər yediyini qusub Səbəb bu imiş

Doğulduğu gündən hər yediyini qusub Səbəb bu imiş

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Türkiyədə doğulduğu gündən etibarən yediyi demək olar ki, bütün qidaları qusan 1,5 yaşlı uşağın xəstəliyi uzun müddət reflü hesab edilib. Lakin aparılan müayinələrdən sonra məlum olub ki, o, yüz mində bir rast gəlinən çox nadir anadangəlmə xəstəlikdən əziyyət çəkir.

"Yeni Sabah" xəbər verir ki, Türkiyənin Diyarbəkir şəhərində yaşayan  Həsən Hüseyn Ayyıldız doğulduğu gündən etibarən davamlı qusma və inkişaf geriliyi problemi yaşayıb. Uşaq cərrahı Taner Kamacı bildirib ki, körpə yarıq dodaq və damaq, ürək qüsuru, eləcə də dayanmayan qusma şikayətləri ilə dünyaya gəlib. İlk vaxtlar onun vəziyyəti reflü kimi qiymətləndirilib, qidaları dəyişdirilib və müxtəlif dərmanlarla müalicə aparılıb. Ancaq bunların heç biri nəticə verməyib.

Həkimin sözlərinə görə, ana övladının 1,5 il ərzində hər gün 8-10 dəfə qusduğunu bildirib. Uşaq qidalandıqdan dərhal sonra yediklərini qaytarırmış. pizza

Şikayətlər davam etdiyindən körpə uşaq qastroenteroloquna aparılıb. Endoskopiya zamanı mədənin çıxış hissəsində "pre-pilorik antral veb" adlanan çox nadir anadangəlmə xəstəlik aşkarlanıb. Bu xəstəlik zamanı mədənin çıxışında əmələ gələn nazik pərdə qidanın bağırsağa keçməsinə mane olur. Nəticədə uşaq yediklərini həzm edə bilmir və davamlı qusma baş verir.

Taner Kamacı bildirib ki, bu xəstəlik təxminən yüz mində bir nəfərdə rast gəlinir. Daimi qusma səbəbindən uşaqlarda inkişaf geriliyi də müşahidə olunur.

Həkimlərin qərarı ilə 4,5 saat davam edən əməliyyat zamanı uşağın mədə çıxışındakı pərdə aradan qaldırılıb. Eyni zamanda, qasıq və göbək yırtıqları əməliyyat olunub, sünnət də həyata keçirilib. Beləliklə, körpə eyni əməliyyatda ümumilikdə 6 cərrahi müdaxilə keçirib.

Əməliyyatdan sonra uşaq bir həftə xəstəxanada nəzarətdə saxlanılıb və daha sonra evə buraxılıb. Həkim bildirib ki, o, doğulduğu gündən bəri ilk dəfədir qusmadan həyatını davam etdirir.

Taner Kamacı qeyd edib ki, xəstəlik olduqca nadir rast gəlindiyi üçün əksər həkimlər belə hallarla heç vaxt qarşılaşmırlar. Bu səbəbdən diaqnozun qoyulması gecikir. Onun sözlərinə görə, əgər uşağa daha əvvəl endoskopiya edilsəydi, bu qədər əziyyət çəkməsinə ehtiyac qalmazdı.

Uşağın anası Fatma Ayyıldız isə bildirib ki, əvvəlcə qusmanı yarıq damaq problemi ilə əlaqələndiriblər. Daha sonra müxtəlif müalicələr və dərmanlar nəticə vermədiyi üçün endoskopiya aparılıb və düzgün diaqnoz qoyulub. O, əməliyyatdan sonra oğlunun qusmasının tam dayandığını və bunun ailə üçün böyük sevinc olduğunu deyib.

Əsmətxanım Rzazadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 25 İyul 2026 22:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see464

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see392

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see351

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see304

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see301

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see293

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see270

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see263

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see256

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see250

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see246

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see238

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see229

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see222

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see217

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see205

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see205

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see198

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri