Hitlerin doğulduğu evlə bağlı tarixi qərar SƏBƏB + FOTOLAR
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Avstriyada Adolf Hitlerin doğulduğu ev illərlə davam edən müzakirələrdən sonra polis bölməsinə çevrilib.
"Yeni Sabah" xəbər verir ki, ölkə rəhbərliyi bununla binanın neonasistlər üçün ziyarət məkanına çevrilməsinin qarşısını almağı hədəfləyir. Uzun illər şəxsi mülkiyyətdə olan bina əvvəllər əlilliyi olan şəxslərə xidmət göstərən yardım təşkilatı tərəfindən istifadə olunurdu. Avstriya hökuməti 2017-ci ildə binanı dövlət mülkiyyətinə keçirib, 2019-cu ildə isə onun polis bölməsinə çevriləcəyini açıqlayıb.
Yenidənqurmadan sonra binanın ağ fasadına yalnız "Polis" sözü yazılıb. Marqarita pizza
Binanın qarşısında isə Mauthauzen toplama düşərgəsindən gətirilmiş "Faşizm bir daha əsla" sözləri yazılmış abidə daşı saxlanılıb. Daşın üzərində Hitlerin adı qeyd olunmayıb. Avstriya Daxili İşlər Nazirliyinin Tarix İdarəsinin rəhbəri Ştefan Mlçox bildirib ki, əsas məqsəd binanın Hitlerlə əlaqələndirilməsinin qarşısını almaqdır. Onun sözlərinə görə, bununla həm də bina ətrafında formalaşmış simvolik və sirli imicin aradan qaldırılması nəzərdə tutulur.
Rəsmilər xatırladıblar ki, Hitler 1889-cu ildə doğulduqdan sonra bu evdə cəmi bir neçə həftə yaşayıb.
Qeyd edək ki, bina nasist dövründə "Fürerin doğulduğu ev" kimi təqdim olunaraq incəsənət muzeyinə çevrilmişdi. Hazırda isə binanın qarşısına gələn turistlər burada şəkil çəkdirirlər.
Yerli hakimiyyət orqanları bildirirlər ki, son illərdə neonasistlərin bu binaya ziyarətləri əhəmiyyətli dərəcədə azalıb. Avstriyada nasist salamı vermək və nasist simvollarından istifadə etmək isə qanunla qadağandır.
Baxış sayı:157
Bu xəbər 24 İyul 2026 01:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















