Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Doğuş zamanı mamanın iştirakı niyə vacibdir? Risklər var

Doğuş zamanı mamanın iştirakı niyə vacibdir? Risklər var

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Hər il mayın 5-də Beynəlxalq Həkim-Mama Günü qeyd olunur. Bu gün yalnız bir peşənin deyil, həm də minlərlə ananın və körpənin həyatında həlledici rol oynayan fədakar insanların əməyinə ehtiramın ifadəsidir. Çünki hər təhlükəsiz doğuşun arxasında diqqətli müşahidə, peşəkar bilik və böyük məsuliyyət dayanır.

Lent.az Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Siyafə Qasımova ilə müsahibəni təqdim edir.

– Siyafə xanım, mama kimdir və onun səhiyyə sistemində rolu nədən ibarətdir?

– Mama hamiləlik, doğuş və zahılıq dövründə qadınlara, eləcə də yenidoğulmuşlara tibbi yardım göstərən, orta ixtisas tibb təhsilli peşəkar mütəxəssisdir. Səhiyyə sistemində onun əsas rolu normal doğuşları qəbul etmək, hamiləliyin gedişatını izləmək, profilaktik tədbirlər görmək və təxirəsalınmaz hallarda ilkin yardım göstərməkdən ibarətdir. Bu gün mama müasir tibb elminin tamhüquqlu nümayəndəsidir. Hamiləlik həyatın ən təbii hadisələrindən biridir. Mamanın işi onu təhlükəsiz və mümkün qədər rahat etməkdir.

Beynəlxalq Mama Günü hər il mayın 5-də qeyd olunur. Bu günün qeyd edilməsində əsas məqsəd cəmiyyətin diqqətini mamaların peşəkar roluna, onların hamilə qadınlara göstərdiyi xidmətlərə və ana-uşaq sağlamlığının qorunmasındakı misilsiz töhfələrinə yönəltməkdir. Eyni zamanda, bu tarix dünyada mamaların sayının artırılmasını və onların peşəkar hazırlığının gücləndirilməsini prioritet məsələ kimi önə çəkir.

– Təhlükəsiz hamiləliyin təmin olunmasında mama hansı funksiyaları yerinə yetirir?

– Mama hamiləliyin ilk günlərindən başlayaraq qadının yanında olan mütəxəssisdir. O, hamiləni qeydiyyata alır, ilkin müayinələr aparır, ümumi sağlamlıq vəziyyətini qiymətləndirir və hamiləliyin düzgün izlənməsi üçün plan tərtib edir. Mama müntəzəm prenatal müayinələri həyata keçirir, ananın çəkisini, qan təzyiqini, dölün inkişafını izləyir, hamilə qadını müvafiq həkim-mütəxəssisə yönləndirir. Eyni zamanda, sağlam qidalanma, düzgün həyat tərzi, vitaminlərin qəbulu, zərərli vərdişlərdən uzaq durma və hamiləlik zamanı davranış qaydaları haqqında ətraflı məlumat verir. Mama hamiləni doğuş prosesinə hazırlayır, tənəffüs texnikalarını öyrədir, doğuş zamanı davranış qaydalarını izah edir və psixoloji dəstək göstərir. Beləliklə, o, həm tibbi yardımın, həm də sosial-psixoloji dəstəyin daşıyıcısıdır.

– Hamiləlik dövründə risklərin erkən aşkarlanmasında mamaların rolu nə qədər vacibdir?

– Mamaların rolu bu prosesdə son dərəcədə vacib və həlledicidir. Onlar hamilə qadınla ilk təmasda olan tibb işçiləri kimi risklərin erkən mərhələdə aşkarlanmasında əsas mövqedə dayanırlar. Mama hamilənin ümumi sağlamlıq vəziyyətini mütəmadi olaraq qiymətləndirir və hansısa dəyişiklikləri vaxtında aşkar edir. Məsələn, yüksək qan təzyiqi, ödem və ya digər əlamətlər erkən aşkarlanarsa, preeklampsiya kimi ciddi ağırlaşmaların qarşısını almaq mümkündür. Onlar həm klinik müşahidələrə, həm də laborator və instrumental müayinələrin nəticələrinə əsaslanırlar. Eyni zamanda, qadının şikayətlərini diqqətlə dinləyərək düzgün qiymətləndirir və zərurət yarandıqda həkimə yönləndirirlər. Mama hamilə qadına təhlükəli əlamətləri izah edir, məsələn, qanaxma, güclü baş ağrısı və ya döl hərəkətlərinin azalması kimi hallarda dərhal müraciət etməyin vacibliyini bildirir. Bu da risklərin daha tez aşkarlanmasına və ana-uşaq sağlamlığının qorunmasına kömək edir.

– Doğuş zamanı mamanın iştirakı ana və körpə üçün nə dərəcədə vacibdir?

– Doğuş həyatın ən gözəl, eyni zamanda ən məsuliyyətli anlarından biridir. Mama doğuş prosesinin gedişatını davamlı olaraq monitorinq edir, ehtimal olunan ağırlaşmaları erkən mərhələdə aşkarlayır və həkim-ginekoloqa, cərraha və ya neonatoloqa məlumat verir. Mama bu prosesin hər mərhələsini açılma, itələmə, körpənin doğulması və plasentanın xaric olması mərhələlərini diqqətlə izləyir. O, uşaqlığın yığılmalarını, dölün ürək döyüntülərini nəzarətdə saxlayır və ananın ümumi vəziyyətini qiymətləndirir. Qan təzyiqinin kəskin yüksəlməsi, dölün ürək döyüntülərinin pozulması kimi qəfil baş verən ağırlaşmalarda mama dərhal tədbir görür. Doğuşdan dərhal sonra isə yenidoğulmuşun ilkin qiymətləndirilməsini aparır və onun vəziyyətinin stabil olmasına nəzarət edir.

– Ana və yenidoğulmuşun sağlamlığının qorunmasında mama ilə həkim əməkdaşlığı necə qurulur və bu iki peşənin əsas fərqi nədir?

– Mama ilə həkim bir-birini əvəz etmir, bir-birini tamamlayır. Həkim xəstəliyi müalicə edir, mama isə fizioloji və sağlam prosesə rəhbərlik edir. Normal hamiləlik və doğuşu mama müstəqil şəkildə idarə edə bilər. Lakin yüksək risk qrupuna aid olan hallarda məsələn, şəkərli diabet, arterial hipertenziya və s. mama həkimlə sıx əməkdaşlıq edir. Bu, vahid komanda işidir. Mama hamiləliyi müntəzəm izləyir, ilkin qiymətləndirmə aparır və müşahidə nəticələrini həkimlə paylaşır. Həkim isə mürəkkəb və riskli hallarda diaqnoz qoyur, cərrahi müdaxilə və ya müalicə təyin edir. Qadın üçün isə bu əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır: o, həm mamasının emosional dəstəyindən, həm də zərurət yarandıqda həkimin ixtisaslı müdaxiləsindən faydalanır.

– Azərbaycanda mama peşəsinin inkişafında hansı nailiyyətlər var?

– Son illərdə Azərbaycanda mama peşəsinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Tədris proqramları beynəlxalq standartlara uyğunlaşdırılıb, mamaların peşəkar səriştəsinin artırılmasına diqqət gücləndirilib. Bu, sevindirici haldır. Regionlarda qadınlara bu istiqamətdə ixtisaslı tibbi xidmətlərin göstərilməsi ilə bağlı tədbirlər görülür. Mamaların müstəqil qərarvermə səlahiyyətlərinin genişləndirilməsi də mühüm məsələlərdəndir. Bu peşə bəzən yalnız “köməkçi” kimi qəbul olunur, halbuki mama müstəqil tibb mütəxəssisidir. Mama olmaq həm elmi bilik, həm də yüksək insani empatiya tələb edir. Dünyada mama çatışmazlığı ciddi problem olaraq qalır. Bu sahəyə gələn hər bir gənc mütəxəssis həm bir ailəyə, həm də bütövlükdə cəmiyyətə töhfə verir. Hər doğuş bir möcüzədir və hər möcüzənin arxasında peşəkar bir mama dayanır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://lent.az
archiveBu xəbər 05 May 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see641

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see517

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see466

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see340

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see332

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see317

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see296

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see284

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see273

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see259

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see248

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see240

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see216

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see214

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see213

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see212

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see200

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see198

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see194

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri