Icma.az
close
up
RU
Qəlbindəki nur ilə seçilən azərbaycanlı

Qəlbindəki nur ilə seçilən azərbaycanlı

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 3 noyabr, AZƏRTAC

Hər bir xalqın milli-mənəvi intibahı, mədəniyyət tarixi və dövlətçilik təfəkkürü, ilk növbədə, təhsil mühitinin formalaşması ilə bağlıdır. Bu baxımdan, Cənubi Qafqazın, o cümlədən Azərbaycanın qədim elm, mədəniyyət və maarifçilik mərkəzlərindən biri olan İrəvan mühitinin öyrənilməsi mühüm əhəmiyyət daşıyır.

Bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “Qəlbindəki nur ilə seçilən azərbaycanlı” sərlövhəli yazısında yer alıb. AZƏRTAC məqaləni ixtisarla təqdim edir.

İrəvan mühiti tarixən Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu, güclü maarifçilik ənənələrinin formalaşdığı məkanlardan biri olub. XIX əsrin sonu – XX əsrin əvvəllərində burada fəaliyyət göstərən gimnaziyalar, müəllimlər seminariyası və digər təhsil müəssisələri bölgənin intellektual potensialının üzə çıxmasında mühüm rol oynayıb. Bu mühit Azərbaycan qadınlarının təhsilə cəlb olunmasına, onların ictimai həyatın müxtəlif sahələrində təmsil olunmasına da geniş imkan yaradıb.

İrəvanın yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri tanınmış həkim və ictimai xadim Şamama Ələsgərovadır. İlk təhsilini İrəvan gimnaziyasında alan Şamama xanım tanınmış ailədə dünyaya gəlib. Onun qardaşı, akademik Əziz Əliyev Azərbaycan səhiyyəsinin, elminin və dövlət idarəçiliyinin inkişafında mühüm xidmətlər göstərib.

Əziz Əliyev 1917-ci ildə İrəvan gimnaziyasını qızıl medalla bitirib, Hacı Zeynalabdin Tağıyevin himayəsi ilə Sankt-Peterburqdakı Hərbi-Tibb Akademiyasında təhsil almağa başlayıb. 1918-ci ildə İrəvanda ermənilərin törətdikləri qırğınlar səbəbindən təhsilini yarımçıq qoyaraq Vətənə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsini bitirərək elmi və inzibati fəaliyyətə başlayıb, səhiyyə sistemində, ali təhsil müəssisələrində və dövlət idarəçiliyində mühüm vəzifələr tutub. O, həmçinin SSRİ Dövlət Müdafiə Komitəsinin qərarı ilə İranda sovet hərbi kontingentinin siyasi rəhbərlərindən biri, daha sonra Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışıb.

Bu ailədə formalaşan maarifçilik, zəhmətkeşlik və məsuliyyət ənənələri Şamama Ələsgərovanın həyat və fəaliyyətində də özünü göstərib. Şamama xanım İkinci Dünya müharibəsi illərində cəbhə hospitallarında çalışıb, Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığında rəhbər vəzifələrdə fəaliyyət göstərib. 1945-ci ildə Bakıdakı 5 nömrəli doğum evinin baş həkimi təyin olunub və ömrünün sonunadək – 1977-ci ilə qədər bu müəssisəyə rəhbərlik edib. Onun təşkilatçılığı sayəsində doğum evi təkcə Azərbaycanda deyil, bütün SSRİ məkanında tanınan mama-ginekologiya və elmi-praktik mərkəzə çevrilib. Şamama Ələsgərovanın peşəkarlığı, prinsipiallığı və yüksək məsuliyyət hissi Ümummilli Lider Heydər Əliyevin xatirələrində də xüsusi yer tutur. 1995-ci il aprelin 7-də Prezident Heydər Əliyev Ümumdünya Sağlamlıq Günü münasibətilə 5 nömrəli Kliniki Doğum Evinin kollektivi ilə görüşündə müəssisəyə Şamama Ələsgərovanın adının verilməsi təşəbbüsünü dəstəkləyib və onunla bağlı xatirələrini bölüşüb.

Ulu Öndər bildirib ki, hər iki övladı – qızı və oğlu məhz həmin doğum evində dünyaya gəlib. O, 1954-cü ildə qızı dünyaya gələndə Şamama xanımın onu üç gün ərzində görməyə icazə vermədiyini, oğlunun doğulması zamanı isə həkimin ona uşağın hələ gec dünyaya gələcəyini deyərək evə göndərdiyini xatırlayıb. Heydər Əliyev bu hadisələri Şamama xanımın peşəkar məsuliyyətinin və prinsipiallığının nümunəsi kimi təqdim edərək deyib: “Şamama xanım mənim qohumumdur. O mənim həyat yoldaşım Zərifə xanımın bibisi idi. Buna baxmayaraq o, nə qohumluğu, nə tanışlığı, nə dostluğu, nə vəzifəni, nə də başqa bir şeyi nəzərə alan adam deyildi. Şamama xanım deyirdi: qanun hamı üçün qanundur, kimsəyə güzəşt olmayacaqdır”.

Şamama Ələsgərova 1941-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra müharibə dövründə səhiyyənin təşkili və tibbi xidmətin qurulması sahəsində fəal iştirak edib. Xalq Səhiyyə Komissarlığında şöbə müdiri və Kadrlar idarəsinin rəisi kimi çalışaraq mühüm təşkilati tədbirlərin həyata keçirilməsinə töhfə verib. Onun rəhbərlik etdiyi 5 nömrəli doğum evində ana və uşaqların sağlamlığının qorunması, ginekoloji xəstəliklərin müalicəsi və profilaktikası istiqamətində mühüm işlər görülüb. Şamama xanım malyariya və helmintoz kimi xəstəliklərə qarşı mübarizədə də fəal iştirak edib, əhalinin maarifləndirilməsi məqsədilə tibbi briqadaların bölgələrə göndərilməsini təşkil edib. Onun fəaliyyəti və tətbiq etdiyi iş metodları həm ixtisaslaşmış tibb nəşrlərində, həm də “Pravda” və “İzvestiya” kimi nüfuzlu qəzetlərdə işıqlandırılıb.

Səhiyyənin inkişafına və ictimai fəaliyyətə verdiyi töhfələrə görə Şamama Ələsgərova SSRİ-nin ən yüksək fəxri adlarından biri olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. O, həmçinin Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib, “Şərəf nişanı” ordeni və digər medallarla təltif olunub.

İrəvan mühitinin yetişdirdiyi qadın ziyalılar sırasında Kövsər Tarverdiyeva, Əfşan Qədimbəyova və Zərifə Budaqovanın da adlarını xüsusi qeyd etmək lazımdır. Onların hər biri təhsil, elm və ictimai fəaliyyət sahəsində mühüm iz qoyub. Xüsusilə Zərifə Budaqova dilçilik sahəsində elmi fəaliyyəti ilə seçilərək azərbaycanlı qadınlar arasında ilk filologiya elmləri doktoru kimi tarixə düşüb, AMEA-nın müxbir üzvü və Dilçilik İnstitutunun direktoru olub. Bu qadınların fəaliyyəti göstərir ki, İrəvanın maarifçilik mühiti yalnız ayrı-ayrı mütəxəssislər deyil, bütöv bir ziyalı nəslinin formalaşmasına zəmin yaradıb. Onlar ana dilinin, milli-mənəvi dəyərlərin qorunmasına və Azərbaycan elminin inkişafına mühüm töhfələr veriblər.

Şamama Ələsgərovanın xatirəsi ailə üzvləri ilə yanaşı, minlərlə insanın yaddaşında yaşayır. Onun nəvəsi, professor Lalə Cəfərova müxtəlif müsahibələrində nənəsinin insanlara münasibətindən, qayğıkeşliyindən və fədakarlığından bəhs edib: “Azərbaycanın əksər bölgələrindən də nənəmin adını tutub Bakıya xəstələr gətirilirdi. Şamama xanım onların hər birini doğması kimi qarşılayır, qayğıkeşliyini əsirgəmirdi. O, hər kəsin dərdini özününkü bilən insan idi”.

Lalə Cəfərova nənəsinin həyat yolunu belə xarakterizə edib: “Nənəm Şamama xanım, sözün əsl mənasında, Azərbaycan qadını olaraq, qismətinə yazılan ömür yoluna zəhməti, ziyası, şəxsiyyəti ilə özünəməxsus naxış vurdu, şərəf, dəyər qatdı və saflığını son günədək qorudu”.

Şamama Ələsgərovanın həyat və fəaliyyəti bir daha təsdiqləyir ki, milli maarifçilik ənənələri, yüksək peşəkarlıq, prinsipiallıq və insana xidmət amalı bir şəxsiyyətin ömür yolunda vəhdət təşkil edə bilər. O, həm İrəvan təhsil mühitinin yetişdirdiyi ziyalı, həm də Azərbaycan səhiyyəsinin inkişafında silinməz iz qoymuş fədakar qadın kimi tariximizdə özünəməxsus yer tutur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2026 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri