Icma.az
close
up
RU
“Doha görüşü sülh prosesinə yeni impuls verəcək” ŞƏRH

“Doha görüşü sülh prosesinə yeni impuls verəcək” ŞƏRH

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 5-də Doha Forumu çərçivəsində Dohada görüşəcək.

Bu barədə Ermənistanın Təhlükəsizlik Şurası əlumat yayıb.

Məlumata görə, tərəflər “Ermənistan və Azərbaycan arasında davamlı sülh: Vaşinqton sazişi və ortaq gələcək” mövzusunda panel müzakirəsində iştirak edəcəklər.

Gununsesi.info bildirir ki, siyasi şərhçi Turan Rzayev mövzuya belə münasibət bildirib:

“Doha görüşü indiki mərhələdə sakit, lakin kifayət qədər konstruktiv tonda keçəcək. Çünki tərəflərin müzakirəyə ehtiyac duyduğu mövzular çoxdur, həm də proses artıq o mərhələyə çatıb ki, hər görüş gələcək sülh nizamlanmasının konturlarını bir az da dəqiqləşdirir.

Misal üçün Hazırda delimitasiya və demarkasiya prosesinin gedişi tərəflər üçün əsas texniki və siyasi bloklardan biridir. Proses üzrə əldə olunan razılıqlar, habelə hələ də üzərində ortaq mövqe formalaşmayan məqamlar Dohada müzakirə edilə bilər. Bu müzakirələr artıq prinsipial iddialardan çox, xətti haradan necə keçirmək, hansı texniki çətinliklərin həll edilməsi kimi praktik məsələlər üzərində cəmləşir.

Bununla yanaşı, Azərbaycan-Türkiyə-Naxçıvan istiqamətində nəqliyyat xəttinin TIPM yolunun gələcəyi də müzakirə predmeti ola bilər. Xüsusilə Ermənistan ərazisində infrastrukturun tamamlanması, kommunikasiya xətlərinin açılması kimi detallar tərəflərin yenidən bir araya gəlməsini zəruri edən mövzulardır”.

Turan Rzayev qeyd edib ki, Ermənistanda konstitusiyanın dəyişdirilməsi məsələsi də masanın kənarında qalmayacaq:

“Çünki İrəvanın öz rəsmi sənədlərindəki bəzi müddəalar sülh müqaviləsinin ruhu ilə ziddiyyət təşkil edir və bu, prosesin hərəkət məsafəsini birbaşa təsirləyən faktorlardandır. Doha görüşü bu məsələdə Bakı üçün aydın siqnal almaq baxımından əhəmiyyətli ola bilər.

Ən kritik mövzu isə, əlbəttə, artıq paraflanan sülh sazişinin harada, necə və hansı formatda imzalanmasıdır. Bu məsələ təkcə məkan seçimi deyil, həm də imzalanma anının siyasi çərçivəsi, beynəlxalq təminatların səviyyəsi, sənədə daxil ediləcək alt-mexanizmlərin son razılaşdırılması deməkdir.

Bundan əlavə, sülh prosesinə mane olmaq potensialı olan qüvvələrə qarşı qarşılıqlı koordinasiya, eləcə də gələcək iqtisadi əməkdaşlığın əsas istiqamətlərinin müəyyənləşdirilməsi kimi mövzular da qapalı formatda müzakirə oluna bilər”.

Günay 

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Dekabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see390

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see383

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see259

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see238

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see226

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see220

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see214

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see213

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see197

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see191

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see185

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see185

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see183

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see179

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see179

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see177

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see174

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see174

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri