Icma.az
close
up
RU
Vensin səfəri sülh prosesinə yeni impuls verəcək AÇIQLAMA

Vensin səfəri sülh prosesinə yeni impuls verəcək AÇIQLAMA

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Cənubi Qafqaza səfərə hazırlaşır. O, Milan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasimindən sonra əvvəlcə Ermənistana, sonra Azərbaycana gələcək.

Səfər ABŞ-nin Cənubi Qafqazda artan diplomatik fəallığın növbəti göstəricisi kimi dəyərləndirilir.

Hərbi və siyasi mərhələni geridə qoyaraq hüquqi-siyasi müstəvidə də mövqelərini möhkəmləndirən Azərbaycanın bu səfərin əsas ünvanlarından biri olması rəsmi Bakının regional proseslərdə artan rolundan xəbər verir. Vaşinqtonun Azərbaycan-Ermənistan sülh gündəliyinə birbaşa vitse-prezident səviyyəsində cəlb olunması ABŞ-nin bölgədə təsir imkanlarını yenidən aktivləşdirmək niyyətini ortaya qoyur. Bundan əlavə, səfər çərçivəsində sülh sazişi, kommunikasiyaların açılması və Zəngəzur dəhlizi (TRIPP) kimi məsələlərin müzakirəsi regional geosiyasi balanslara birbaşa təsir göstərə biləcək amillər kimi diqqət çəkir.

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli qeyd edib ki, ABŞ vitse-prezidentinin Azərbaycana səfəri ilk növbədə dəyişmiş regional reallıqların Vaşinqton tərəfindən qəbul edilməsinin siyasi göstəricisi kimi dəyərləndirilə bilər. 

“Azərbaycan 44 günlük müharibədən sonra yalnız hərbi və siyasi üstünlük əldə etmədi, eyni zamanda beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bu mərhələdə rəsmi Bakının mövqeyi beynəlxalq hüquqa söykənən legitim mövqe kimi formalaşdı və bir çox qlobal aktorlar kimi ABŞ da bu reallıqla hesablaşmağa başladı.

Vitse-prezident səviyyəsində səfər iki ölkə arasında münasibətlərin formal diplomatik çərçivədən çıxaraq daha strateji məzmun kəsb etdiyini göstərir. ABŞ üçün Azərbaycan artıq yalnız enerji tərəfdaşı deyil, həm də regional təhlükəsizlik, nəqliyyat marşrutları, Orta Dəhliz, Avropa-Asiya bağlantıları və post-münaqişə sabitliyinin təminində əsas aktor kimi qəbul olunur. Bu səfər eyni zamanda onu göstərir ki, Vaşinqton regionda prosesləri kənardan izləmək yox, birbaşa iştirak etmək niyyətindədir və bunun üçün Bakını əsas tərəfdaş kimi görür.

Digər tərəfdən, Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış və müstəqil xarici siyasət kursu Azərbaycanın böyük güclər arasında etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş imicini gücləndirib. ABŞ-nin ən yüksək səviyyədə təmas qurmaq istəyi məhz bu siyasi etibarlılığın nəticəsi kimi qiymətləndirilə bilər”.

Deputat həmçinin vurğulayıb ki, belə bir tapşırıq ABŞ-nin Cənubi Qafqazı artıq ucqar region kimi deyil, qlobal geosiyasi proseslərin mühüm halqası kimi qiymətləndirdiyini göstərir:

“Ermənistan-Azərbaycan münaqişəsi onilliklər ərzində regionda qeyri-sabitlik mənbəyi olub və bu münaqişənin hüquqi sülh sazişi ilə başa çatması təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün yeni və sabit təhlükəsizlik arxitekturası deməkdir.

ABŞ-nin bu prosesdə aktiv rol almağa çalışması regionda təsir uğrunda rəqabətin yeni mərhələyə keçdiyini göstərir. Uzun illər Cənubi Qafqazda əsas oyunçu kimi çıxış edən digər mərkəzlərin təsir imkanlarının zəiflədiyi bir vaxtda Vaşinqton diplomatik təşəbbüsü ələ almağa çalışır. Bu, regionda geosiyasi balansın yenidən formalaşmasına səbəb ola bilər. 

Beynəlxalq müstəvidə isə bu addım ABŞ-nin münaqişələrin diplomatik yollarla həlli modelini təşviq etməsi kimi qiymətləndirilə bilər”.

E.Mirzəbəyli eyni zamanda Zəngəzur dəhlizinin artıq yalnız iki ölkə arasında kommunikasiya xəttinin açılması məsələsi deyil, daha geniş geosiyasi və iqtisadi layihənin tərkib hissəsi kimi qəbul olunmasına da diqqət çəkib:

“Bu dəhliz Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında birbaşa əlaqə yaratmaqla yanaşı, Orta Dəhliz vasitəsilə Çin-Mərkəzi Asiya-Qafqaz-Türkiyə-Avropa marşrutunun mühüm halqasına çevrilə bilər.

Bu marşrutun açılması regionun tranzit və logistika əhəmiyyətini kəskin artırır. Nəticədə Cənubi Qafqaz yalnız münaqişə regionu deyil, qlobal ticarət və nəqliyyat şəbəkəsinin vacib hissəsi kimi formalaşır. ABŞ-nin bu məsələyə maraq göstərməsi onun regionun iqtisadi və strateji kommunikasiyalarında iştirak etmək niyyətini göstərir.

Eyni zamanda, bu dəhliz regionda yeni iqtisadi asılılıq modelləri yarada bilər. Bu isə geosiyasi rəqabəti artırmaqla yanaşı, əməkdaşlıq imkanlarını da genişləndirir”.

Milli Məclisin üzvü əlavə edib ki, bu səfər sülh prosesinə yeni siyasi impuls verə bilər:

“Yüksək səviyyəli diqqət tərəfləri daha konstruktiv mövqe tutmağa sövq edə və danışıqlar prosesini sürətləndirə bilər. ABŞ-ın fəal iştirakı eyni zamanda regionda təhlükəsizlik məsələlərinin daha geniş beynəlxalq diqqət mərkəzinə düşməsinə səbəb ola bilər.

Digər tərəfdən, bu səfər Cənubi Qafqazda güc balansının daha çoxşaxəli formaya keçməsinə şərait yarada bilər. Region artıq tək bir güc mərkəzinin təsir dairəsi kimi deyil, müxtəlif aktorların maraqlarının toqquşduğu və eyni zamanda əməkdaşlıq etdiyi məkan kimi formalaşır.

İqtisadi baxımdan isə nəqliyyat, enerji və investisiya layihələrinin aktuallaşması mümkündür. ABŞ-nin iştirakı bu layihələrə əlavə siyasi təminat və beynəlxalq legitimlik verə bilər”.

Yekun olaraq E.Mirzəbəyli bildirib ki, Sülh gündəliyinin əsasını yekun sülh sazişinin imzalanması təşkil edir:

“Bununla yanaşı, sərhədlərin delimitasiya və demarkasiyası, təhlükəsizlik təminatları və gələcəkdə gərginliklərin qarşısını alacaq mexanizmlərin yaradılması əsas müzakirə mövzuları ola bilər.

Kommunikasiya və nəqliyyat xətlərinin açılması, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı hüquqi və praktiki mexanizmlərin müəyyənləşdirilməsi də gündəmdə olacaq. Eyni zamanda iqtisadi əməkdaşlıq, ticarət əlaqələri və regional inteqrasiya məsələləri müzakirə predmeti ola bilər.

Etimad quruculuğu tədbirləri, sərhəd təhlükəsizliyi, humanitar məsələlər və uzunmüddətli sabitliyin təmin olunması üçün institusional mexanizmlərin yaradılması da sülh gündəliyinin vacib hissəsidir. Bu məsələlərin həlli regionun post-münaqişə mərhələsindən davamlı sülh mərhələsinə tam keçidini təmin edə bilər”, - deyə deputat qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:394
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Fevral 2026 23:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri