Icma.az
close
up
RU
Doha Konfransı süni intellektin gələcəyini müzakirə etdi

Doha Konfransı süni intellektin gələcəyini müzakirə etdi

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

27-28 may 2025-ci il tarixlərində Qətərin paytaxtı Doha şəhərində “Süni İntellekt və İnsan Hüquqları: İmkanlar, Risklər və Daha Yaxşı Gələcək Naminə Baxış” adlı beynəlxalq konfrans keçirilib. Qətər Milli İnsan Haqları Komitəsi və BMT tərəfindən təşkil olunan bu mötəbər tədbirdə dünyanın müxtəlif ölkələrindən insan hüquqları üzrə mütəxəssislər, hüquq müdafiəçiləri, dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri və süni intellekt texnologiyaları sahəsində ekspertlər iştirak ediblər.

Konfransın təşkil olunmasında məqsəd süni intellekt texnologiyalarının cəmiyyət həyatına təsirini, insan hüquqları və demokratik institutlar üçün yaratdığı imkanlar və riskləri müzakirə etmək, eyni zamanda bu sahədə beynəlxalq əməkdaşlığın və hüquqi çərçivələrin gücləndirilməsinə dair tövsiyələr vermək olub.

Konfransı giriş sözü ilə açan Qətər Milli İnsan Haqları Komitəsinin rəhbəri Məryəm bint Abdullah Al Attiyah bildirib ki, süni intellektin sürətlə inkişafı informasiya təhlükəsizliyi, şəxsi məlumatların qorunması, fərdi azadlıqlar və demokratik proseslərin müdafiəsi baxımından yeni çağırışlar yaradır. Əldə olunan texnoloji üstünlüklər və innovativ imkanlarla yanaşı, alqoritmik qərəz, diskriminasiya halları, kibertəhlükələr, kütləvi izləmə və dezinformasiya kimi risklər də gündəmdədir.

Konfrans çərçivəsində 12 əsas mövzu üzrə panel müzakirələri aparılıb. Süni intellektin əsas anlayışları, məxfilik və şəxsi məlumatların qorunması, alqoritmik qərəzin qarşısının alınması, ifadə azadlığının təminatı, süni intellekt texnologiyalarının idarəolunması və hesabatlılığı, rəqəmsal bərabərlik, hüquqi və etik çərçivələrin formalaşdırılması, təhlükəsizlik, demokratiya və media azadlığına təsirləri konfransın əsas müzakirə mövzuları olub.

 

Azərbaycan da bu önəmli beynəlxalq tədbirdə fəal iştirak edib. Ölkəmizin İnsan Hüquqları üzrə Müvəkkili — Ombudsman Səbinə Əliyeva, Sosial Araşdırmalar Mərkəzinin rəhbəri, millət vəkili Zahid Oruc, hüquq müdafiəçisi Əhməd Şahidov və digər nümayəndələr konfransa qatılıb.

Azərbaycan nümayəndə heyəti tədbir zamanı süni intellekt texnologiyalarının tətbiqində insan hüquqlarının qorunması və milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ölkədə görülən işlər və əldə olunan təcrübə barədə təqdimatlar edib. Çıxışlarda, həmçinin, süni intellektin təhlükəsiz və insan hüquqlarına hörmət edən şəkildə tətbiqinin zəruriliyi vurğulanıb.

Qeyd olunub ki, ölkəmizdə informasiya təhlükəsizliyi, vətəndaşların məxfiliyinin qorunması, ifadə azadlığının təmin olunması və süni intellekt texnologiyalarından bərabər istifadənin təşviqi istiqamətində mühüm addımlar atılır. Bununla yanaşı, süni intellektin təsir etdiyi əmək bazarı, sosial rifah, təhsil və səhiyyə sistemlərində yaranan yeni çağırışlar və imkanlar da diqqət mərkəzindədir.

 

Konfransın yekun hissəsində çıxış edən Qətər Milli İnsan Haqları Komitəsinin baş katibi Sultan bin Həsən Əl Jamali beynəlxalq ictimaiyyətə çağırış edərək bildirib ki, süni intellektin inkişafı və tətbiqi zamanı insan hüquqlarının müdafiəsi prioritet tutulmalı, şəffaflıq, hesabatlılıq və ədalətli yanaşma prinsiplərinə riayət olunmalı, rəqəmsal bərabərsizlik və kibertəhlükələrə qarşı birgə mübarizə gücləndirilməlidir.

Tədbir çərçivəsində beynəlxalq və regional insan hüquqları təşkilatları ilə əməkdaşlıq imkanları müzakirə olunub, təcrübə mübadiləsi aparılıb və gələcək əməkdaşlıq üçün ilkin razılaşmalar əldə olunub.

 

Qeyd edək ki, Qətər dövləti bu sahədə irəli sürdüyü milli süni intellekt strategiyası və 2030 vizyonu çərçivəsində texnoloji inkişafı insan hüquqları və etik dəyərlərlə uzlaşdırmağı hədəfləyir. Konfransda bu istiqamətdə əldə olunan nailiyyətlər və həyata keçirilən layihələr də təqdim edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 May 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri