Icma.az
close
up
RU
“Doha müzakirələrinin konstruktiv tonda keçəcəyi gözlənilir”

“Doha müzakirələrinin konstruktiv tonda keçəcəyi gözlənilir”

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Dohaya səfəri və onun Hikmət Hacıyevlə birlikdə “Ermənistan və Azərbaycan arasında davamlı sülh: Vaşinqton Sazişi və ortaq gələcək” panelində iştirakı regionda gedən proseslərin növbəti mühüm mərhələsinə işarə edir. Doha müzakirələrinin sakit, amma konstruktiv tonda keçəcəyi gözlənilir. Çünki tərəflər həm texniki, həm də siyasi xarakterli məsələləri dəqiqləşdirməyə ehtiyac duyur. Delimitasiya-demarkasiya prosesinin gedişi, razılaşdırılmış xəttin texniki detallarının aydınlaşdırılması, habelə hələ də yekun qərar gözləyən məqamlar bu görüşün əsas gündəliyində ola bilər”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

O bildirib ki, görüşün digər diqqət mərkəzi nəqliyyat-kommunikasiya məsələləridir: “Azərbaycan–Türkiyə–Naxçıvan xəttində TRİP yolunun gələcəyi, Ermənistan ərazisindən keçən bölmələrin tamamlanması, yeni infrastrukturun açılması və əlaqələrin bərpası tərəflərin bir daha bir araya gəlməsini tələb edən praktik mövzulardır. Bununla yanaşı, Ermənistanda Konstitusiyanın dəyişdirilməsi ilə bağlı müzakirələr də prosesə bilavasitə təsir edir. Rəsmi İrəvanın mövcud konstitusiya müddəalarının sülh anlaşmasının ruhu ilə tam uyğunlaşmaması Bakı üçün strateji əhəmiyyət daşıyır və Dohada bu istiqamətdə daha aydın siqnalların alınacağı gözlənilir”.

Politoloq əlavə edib ki, ən həssas məsələ isə artıq paraflanmış sülh sazişinin imzalanma formatıdır: “Bu, təkcə məkan seçimi ilə bağlı deyil, sənədin imzalanacağı siyasi çərçivə, beynəlxalq təminatların səviyyəsi və alt-mexanizmlərin son razılaşdırılması məsələnin mahiyyətini müəyyən edir. Doha görüşündə həm prosesə mane ola biləcək qüvvələrə qarşı koordinasiya, həm də gələcək iqtisadi əməkdaşlığın prioritet istiqamətlərinin müzakirəsi ehtimal olunur. Beləliklə, görüş regiondakı sülh arxitekturasının daha bir addım dəqiqləşdirilməsi kimi qiymətləndirilir”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 05 Dekabr 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri