Icma.az
close
up
RU
Doktor Mehmet Öz Senatda ifadə verəcək

Doktor Mehmet Öz Senatda ifadə verəcək

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp tərəfindən “Medicare” və “Medicaid” Xidmət Mərkəzinin sədri vəzifəsinə namizədliyini irəli sürmüş Doktor Mehmet Öz sabah Senatın Maliyyə Komitəsində ifadə verəcək.

"Cebheinfo.az" "Associated Press"-ə istinadən  xəbər verir ki, keçmiş ürək cərrahı və sonradan məşhur televiziya aparıcısına çevrilən 64 yaşlı Mehmet Öz, hazırda təxminən 150 milyon amerikalının tibbi sığortasını əhatə edən "Medicare", "Medicaid" və "Affordable Care Act" proqramlarına nəzarət etməyə namizəd göstərilib.

Trampın səhiyyə sistemindəki namizədlərini dəstəkləyən respublikaçılar Mehmet Özündən "Medicare" və "Medicaid" proqramları ilə bağlı planları barədə soruşacaqlar.

Xüsusilə də, 1 trilyon dollar dəyərində olan bu proqramlarda dələduzluğun qarşısını almaq üçün nəzərdə tutulan addımlara diqqət yetiriləcək.

Demokratlar isə Mehmet Özün vergi bəyannamələrini araşdıracaq. Onlar iddia edirlər ki, Mehmet Öz vergi sistemindəki boşluqlardan istifadə edərək "Medicare"-ə aid minlərlə dollar vergidən yayınıb.

Bundan əlavə, onun tibbi sığorta sahəsində planlaşdırdığı hər hansı ixtisarlar və "Medicare"-in özəlləşdirilməsini dəstəkləyən əvvəlki çıxışları da müzakirə olunacaq.

ABŞ Hökumət Etikası İdarəsi Mehmet Özün maliyyə vəziyyətini geniş araşdırdığını və onun qanunlara uyğun davrandığını bəyan edib.
Televiziya fəaliyyəti dövründə Mehmet Öz "Doktor Öz Şousu"  vasitəsilə qida əlavələrindən tutmuş, özəl tibbi sığorta planlarına qədər bir çox məhsulun reklamını edərək böyük sərvət qazanıb.

Maliyyə hesabatlarına görə, onun sərvətinin dəyəri 98 milyon dollardan 332 milyon dollara qədər dəyişir. O, tibbi sığorta, əczaçılıq, süni mayalanma və vitamin istehsalı sahəsində milyonlarla dollar dəyərində səhmlərə sahibdir. 

Mehmet Öz dövlət vəzifəsinə keçəcəyi halda maraq toqquşmasının qarşısını almaq üçün bir sıra şirkətlərdəki payından imtina edəcəyini bildirib.

Mehmet Öz ötən il sosial şəbəkələrdə Kennedinin səhiyyə naziri vəzifəsinə təyin olunmasını alqışlayaraq, “Amerikalılar qərəzsiz alimlərdən daha keyfiyyətli sağlamlıq araşdırmaları tələb edirlər” – deyə paylaşımı edib.

Xatırladaq ki, bu, Mehmet Özün ilk dəfə Senat qarşısında ifadə verməsi deyil.

2014-cü ildə senatorlar onu televiziya şousunda reklam etdiyi şübhəli arıqlama məhsullarına görə sərt tənqid etmişdilər.

İndi isə o, ABŞ-nin səhiyyə sistemində güclü təsirə malik bir vəzifəyə namizəd göstərildiyi üçün daha ciddi suallarla üzləşəcək.

Səbinə Uğur 
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Mart 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see293

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see282

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see259

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see255

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see250

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see242

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see242

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see241

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see224

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see214

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see212

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see211

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see208

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see207

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see206

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see205

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see203

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see187

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see168

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri