Icma.az
close
up
RU
Dolaşıq kələf: Netanyahu Bakıya niyə uça bilməyib?

Dolaşıq kələf: Netanyahu Bakıya niyə uça bilməyib?

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


İsrailin baş naziri Benyamin Netanyahu Bakıya gözlənilən səfərini ləğv edib. Onun ofisi İsrail sərhəddindəki vəziyyətə və Türkiyənin hava məkanından keçidə icazə vermədiyini iddia edən digər məlumatlara, bir növ, təsdiqləyici istinad verib.
Xatırladaq ki, İsrail baş nazirinin Bakıya rəsmi səfəri 7-11 maya planlaşdırılırdı.
Reyting.az xəbər verir ki, bu barədə “OC-Media” yazıb.
Təhlildə qeyd olunur:
“The Times of Israel” qəzetinin yazdığına görə, Netanyahunun ofisi ləğvin səbəbi kimi “Qəzza zolağı və Suriyadakı inkişaflar” və “sıx siyasi və təhlükəsizlik cədvəli”ni nümunə göstərərək, səfərin “sonrakı tarixə” dəyişdiriləcəyini bildirib.
Bununla belə, İsrailin “Walla” xəbər agentliyi yazıb ki, Türkiyə “Netanyahunun təyyarəsinin öz hava məkanından uçmasına icazə verməyəcəyi üçün” baş nazirin səfəri üzərindən xətt çəkilib. Guya Yunanıstan və Bolqarıstandan keçən “alternativ marşrutlar” “səyahət müddətini 2 dəfə artıracaqdı”.
Türkiyənin “Milliyet” qəzeti Bazar günü Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçəliyə istinadla yazıb ki, Türkiyənin Netanyahunun göyərtəsində olduğu təyyarənin öz hava məkanı üzərindən uçmasına qadağa qoyması xəbərləri doğru deyil.
“İsrail baş nazirinin təyyarəsinə uçmağa icazə verilməməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil. Bununla bağlı bizə heç bir müraciət daxil olmayıb”, - deyə Keçeli bildirib.
Türkiyənin Netanyahunun təyyarəsinin hava məkanına girməsinə qadağa qoyması ilə bağlı xəbərlər bir neçə oxşar məlumatdan sonra çıxıb. Məsələn, “Əl-Cəzirə” xəbər verib ki, Türkiyə hələ aprel ayında İsrail hərbi təyyarəsinin Azərbaycan ərazisinə keçməsinə qadağa qoyub.
Noyabrda İsrailin “Ynet” xəbər saytı İsrail prezidenti İsaak Hersoqun noyabrda keçiriləcək COP29 iqlim sammitində iştirak etmək üçün Azərbaycana səfərinin də Türkiyənin onun təyyarəsini hava məkanına buraxmaqdan imtina etməsi səbəbindən ləğv edildiyini yazıb. Hersoqun ofisi isə rəsmi olaraq səfərin "təhlükəsizlik narahatlığı" səbəbindən ləğv edildiyini bildirib.
Benyamin Netanyahunun səfərini təxirə salması xəbəri yayıldıqdan sonra İsrailin təhlükəsizlik kabineti yekdilliklə “Qəzzanı fəth etmək” planını təsdiqləyib və İsrail ordusu tərəfindən qorunan özəl təhlükəsizlik podratçılarına zolağa yardım çatdırmağı tapşırıb. “Əl-Cəzirə” AFP-yə istinadla xəbər verir ki, plan "Qəzza əhalisinin müdafiəsi üçün cənuba köçürülməsini" nəzərdə tutur.
Türkiyə-İsrail münasibətləri tez-tez gərgin olsa da, Ankara İsrailin Qəzzaya qarşı müharibəsini və Suriyadakı obyektləri hədəf alması ucbatından ikili arasında gərginlik son bir neçə ildə bir neçə dəfə pik həddə çatıb.
Bazar günü axşam saatlarında “i24NEWS” xəbər verib ki, Türkiyə və İsrail qırıcıları Suriyanın hava məkanında “qarşı-qarşıya” gəlib və türk qırıcıları Suriyanın şimalında türkyönlü milislərə qarşı zərbələr endirən İsrail təyyarələrinə “xəbərdarlıq mesajları” göndəriblər.
Azərbaycan və İsrail dostluq münasibətlərinə malikdir, İsrail Azərbaycanı silahla, Azərbaycan isə İsraili neftlə təmin edir.
ABŞ-da yerləşən məlumatların vizuallaşdırılması platforması olan “Observatory of Economic Complexity”-nin (İqtisadi Mürəkkəblik Rəsədxanası) məlumatına görə, İsrail 2023-cü ildə 1,39 milyard dollar dəyərində olan xam neftin təxminən 43 faizini Azərbaycandan idxal edib.

E. KAMAL

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://reyting.az
archiveBu xəbər 06 May 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri