Icma.az
close
up
RU
Dollar dünya hökmranlığını itirsə, nə baş verəcək?

Dollar dünya hökmranlığını itirsə, nə baş verəcək?

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

"ABŞ üçün böyük üstünlük o olub ki, dünyanın böhran anlarında üz tutduğu valyuta və istiqraz bazarlarına malik olub..."

Uzaqgörən olmayan qərarlar ABŞ-ı xarici kreditorlardan asılı vəziyyətə salacaq və onu böhranlara qarşı qoruyucu qalxandan məhrum edəcək.

News24.az xəbər verir ki, bu barədə "The Financial Times" nəşri yazıb.

Nəşrin yazdığına görə, ABŞ-ın yeni prezident administrasiyası dolların qlobal maliyyə sistemində əsas dayaq rolunu faktiki olaraq sıradan çıxarıb. Əgər Amerika bu üstünlüyünü itirsə, bunun acısını çox ciddi hiss edəcək.

Hələ bir müddət öncə dolların dünya ehtiyat valyutası kimi mövqeyinin zəifləməsi və qlobal

dollarlarsızlaşdıma haqqında danışmaq qeyri-ciddi görünürdü. Amma indi bəzi investorlar artıq dolların hökmranlığının davam edəcəyinə inanmır.

Hərçənd, etiraf etmək lazımdır ki, hazırda dolların ciddi rəqibi yoxdur. Səbrsiz skeptiklər isə dolların müvəqqəti zəifləməsini onun qlobal ticarət üçün "təhlükəsiz liman" və "yağlayıcı" rolunu unudaraq yanlış dəyərləndirir.

Lakin bu arqumentlər, "The Financial Times"-ın fikrincə, Trampın yenidən hakimiyyətə qayıdışından sonra təhlükəsizlik və geosiyasətdə yaranan böyük sarsıntıları nəzərə almır.

"Amerikanın əslində nələri itirmək riski ilə üzləşdiyini düşünmək lazımdır. Artıq indidən aydındır: ABŞ beynəlxalq siyasətdə və maliyyə bazarlarında qısamüddətli hədəflərə fokuslanacaq. Bu isə ölkəni istənilən böhran qarşısında daha həssas və xarici tərəfdaşların iradəsindən daha asılı edir", - qəzet yazır.

Bu dəyişikliklər birbaşa fond bazarında da özünü göstərir. ABŞ üçün böyük üstünlük o olub ki, dünyanın böhran anlarında üz tutduğu valyuta və istiqraz bazarına malik olub.

Bunun sayəsində digər ölkələrlə müqayisədə ABŞ borclanaraq böhranlardan daha asan çıxıb. ABŞ tarixən böhranları ucuz vəsait cəlb etməklə və iqtisadiyyatı stimullaşdırmaqla daha sürətlə adlaya bilib, halbuki digər ölkələrdə belə dövrlərdə kreditlər bahalaşıb.

Amma, ekspertlərin fikrincə, indi vəziyyət dəyişə bilər və dünyanın aparıcı iqtisadiyyatı öz üstün mövqeyini itirə bilər. "Təhlükəsiz aktivlər yalnız o zaman təhlükəsizdir ki, insanlar onlara inansın. ABŞ bu inam sarsıldığı anda həmin inamın əsl qiymətini görə bilər", - nəşr bu nəticəyə gəlib./Moderator

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 May 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see293

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see284

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see267

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see261

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see253

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see246

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see240

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see237

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see230

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see229

Rusiya qaçılmaz çöküşə doğru gedir...

19 Sentyabr 2026 18:06see224

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see223

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see218

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see215

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see212

Məşhur reper Bakıya gəlir

20 Sentyabr 2026 01:55see212

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see210

24 saatda “müalicə olunan” 35 illik xəstəlik 20 sentyabr ZƏFƏRİNİN ANATOMİYASI

19 Sentyabr 2026 17:03see201

Olqa Buzova əməliyyatdan qalan izlərini gizlətdiyini açıqladı

20 Sentyabr 2026 05:14see188

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri