Icma.az
close
up
RU
Donald Tramp ciddi təzyiq altında olsa da...

Donald Tramp ciddi təzyiq altında olsa da...

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Son həftələrdə ABŞ prezidenti Donald Trampın administrasiyası, Ukraynanın bərpası və Rusiyanın dünya iqtisadiyyatına qayıtması ilə bağlı Avropa tərəfdaşlarına gizli sənədlər təqdim edib. Hər biri bir səhifəlik olan sənədlərdə, ABŞ-ın Ukraynada layihələrə sərmayə yatırmaq və Rusiyanın iqtisadiyyatını "düşdüyü quyudan" çıxarmaq üçün hazırladığı planlar yer alır. Amerikalıların təklifində, təxminən 200 milyard dollar dondurulmuş Rusiya aktivləri üzərindən maliyyə şirkətləri və bizneslərə sərmayə qoymaq imkanı yaradılır.

Rusiyanın yenidən "dirçəlməsi" üçün ABŞ dəstək göstərəcəkmi?

ABŞ Rusiyanı Avropaya qarşı təzyiq vasitəsi kimi istifadə edə bilərmi?

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ Rusiyanı hazırda Avropaya qarşı təzyiq vasitəsi kimi istifadə edir: “Avropa İttifaqının ABŞ-dən asılı olmayan müstəqil geosiyasi aktor olaraq önə çıxmaq cəhdləri Vaşinqtonu ciddi şəkildə narahat edir. Çünki Avropa İttifaqının ABŞ-nin təsiri altında olması Vaşinqton üçün prioritet məsələdir. Bu baxımdan Rusiyanın Ukrayna cəbhəsində irəliləməsi və Avropa İttifaqının özünü təhlükədə hiss etməsi Vaşinqtonun maraqlarına tam cavab verir. Avropa İttifaqı hələ də Trampa boyun əyməməyə çalışır. Bu amil isə Ukrayna məsələsinin daha mürəkkəb xarakter almasına, ABŞ ilə Rusiyanın daha da yaxınlaşmasına, nəticədə pərdəarxası sövdələşmələrə yol açır. Nə qədər ki, Avropa İttifaqı Fransa liderliyində Vaşinqtona boyun əyməyib, ABŞ Ukrayna ilə bağlı ən yaxşı halda loyal münasibətini davam etdirəcək”.

Əli Zülfüqaroğlu diqqətə çatdırıb ki, ABŞ-nin Ukraynada Rusiyanın maraqlarının təmin olunmasına çalışması açıq məsələdir və Vaşinqton müxtəlif manipulyasiyalarla bunu həyata keçirməyə çalışır: “Buna görə də Rusiya arxayın şəkildə Ukraynadan mümkün qədər çox ərazilər işğal etməklə bu imkanlardan yararlanır. Bu proses isə Avropa İttifaqının özünü daha çox təhlükədə hiss etməsinə səbəb olur. Vaşinqton da “Rusiya dəyənəyi” vasitəsilə Avropa İttifaqını yenidən vassalına çevirməyə cəhd edir. Düşünürəm ki, Avropa İttifaqı dövlətlərinin qlobal imperializmin kuklaları olan marionet, eyni zamanda qorxaq hökumətləri Vaşinqtonla Rusiya arasında uzun müddət manevr etmə imkanlarına sahib ola bilməzlər. Avropa İttifaqı sadəcə ABŞ daxilində Ukrayna kartı ilə ictimai rəylə manipulyasiya etməklə Trampa qarşı təzyiqlərin artırılmasına, onun daha çətin vəziyyətə düşməsinə, nəticədə mövcud Rusiya-ABŞ münasibətlərinin pozulmasına nail olmağa ümid edir. Təbii ki, ABŞ daxilində ciddi problemlər var və bu dünynın bütün nöqtələrinə təsir edir. Amma Tramp ciddi təzyiq altında olsa da, onun proseslərdən uduşlu çıxacağı ehtimalı yüksəkdir. Bu proseslər isə bütövlükdə ilk növbədə Avropa İttifaqı üçün müsbət perpsektiv vəd etmir. Ukraynanın suverenliyi isə heç kimi maraqlandırmır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 17 Dekabr 2025 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1035

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see434

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see341

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see338

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see240

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see232

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see224

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see209

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see196

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see187

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri