Donald Tramp: İranla bağlanmış müqaviləni rədd etdim
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Çinə səfərindən sonra Ağ Evdə keçirdiyi mətbuat brifinqində İranla mümkün razılaşma, neft qiymətləri və regiondakı vəziyyətlə bağlı açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Tramp İranla bağlanmış razılaşmanı rədd etdiyini bildirib və Vaşinqtonun Tehranla yeni, qəbul edilə bilən razılaşma əldə etmək istədiyini vurğulayıb.
Çin səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpinlə görüşən Tramp jurnalistlərin suallarını cavablandırarkən ABŞ, Rusiya və Çinin nüvə münaqişəsinin qarşısının alınması məsələsində ortaq mövqedə olduğunu qeyd edib.
ABŞ Prezidenti İranla müharibə nəticəsində yanacaq qiymətlərinin artmasının Respublikaçılar Partiyasının noyabrın 3-də keçirilən seçkilərdə məğlubiyyətinə ciddi təsir göstərdiyini də etiraf edib.
Tramp Tehranla razılaşma əldə etmək istədiklərini, lakin bunun ABŞ üçün məqbul şərtləri əhatə etməli olduğunu bildirib.
“Biz İranla 51 ildir bağladıqları saxta razılaşmaları deyil, əsl razılaşma əldə etmək istəyirik. İran 51 ildir insanları aldadır. Yanacağın qiyməti İranla necə razılaşma əldə etməyimizdən asılıdır. Əgər yenidən İranla müharibəyə girməli olsaydım, neft qiymətlərinin 300 dollara qalxmasını gözləyərdim. Donanmamız Hörmüz boğazına nəzarət edir. İranlıları tanıyıram, onlar dəlidirlər”, – deyə Tramp bildirib.
Aytən Yaşar/Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 21 Noyabr 2026 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















