Icma.az
close
up
RU
Donald Tramp müdafiə xərclərini artırmaq istəməyən ölkələri rüsumlarla təhdid edib

Donald Tramp müdafiə xərclərini artırmaq istəməyən ölkələri rüsumlarla təhdid edib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 5 iyun, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp NATO-nun 24-25 iyun tarixlərində Haaqada keçiriləcək sammitində iştirak etmək qərarına gəlib. Məqsəd aydındır: müttəfiqlərdən müdafiə sahəsinə ÜDM-in 5 faizini yatırmaq öhdəliyini tələb etmək.

AZƏRTAC xəbər verir ki, Tramp bu təklifi iyunun 5-də Almaniya Kansleri Fridrix Merts ilə Oval kabinetdə keçiriləcək görüşdə təqdim edəcək. İspaniyanın ABC qəzeti yazır ki, buna qarşı çıxanlar üçün risk dərhal yeni tariflərin tətbiqidir.

Almaniya Kanslerinin səfəri və Prezident Trampın müxtəlif beynəlxalq forumlarda iştirakı ilə müdafiə məqsədilə xərclərin ÜDM-in 5 faizi həcmində olması hədəfi müzakirə olunmur. NATO-ya üzv dövlətlər buna nail olmaq üçün aydın plan təqdim etməlidirlər. “Prezident fikirlərini çox aydın ifadə edib: kollektiv müdafiə üzrə ümumi öhdəliklərin yerinə yetirilməməsinin nəticələri var”, -deyə diplomatik mənbələr mətbuata bildiriblər. ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker Brüsseldə qeyd edib ki, diqqət müdafiəyə ən az sərmayə qoyan alyans ölkələrindən biri olan İspaniyaya yönəlib.

Amma İspaniya hazırda müdafiə xərclərinin artırılmasına qarşı çıxan yeganə ölkədir. İspaniya Baş naziri Pedro Sançes mövqeyini dəyişməsə, çox güman ki, Haaqa sammitində Trampla üz-üzə gələcək və bunun bütün nəticələrinə qatlanmalı olacaq.

İspaniya ilə yanaşı, Ağ evin təzyiq göstərəcəyi digər ölkə Böyük Britaniyadır. Tramp ümid edir ki, Baş nazir Kir Starmer 2035-ci ilə qədər hərbi xərcləri ÜDM-in 3,5 faizinə qədər artırmağa razılıq verməyə məcbur olacaq. Plan hazırkı Leyboristlər hökumətinin növbəti müddətdə 3 faizə çatması nəzərdə tutulan 35 milyard avroluq proqramını üstələyir, lakin konkret tarix göstərilmir.

Təklif Alyansda geniş dəstək qazanır. Burada bir çoxları ehtiyat edirlər ki, əvvəlki prezidentliyi dövründə NATO tərəfdaşlarının maliyyə öhdəliklərini yerinə yetirmədiyi iddiası ilə Alyansdan çıxmaqla hədələyən Tramp, eyni zamanda, bu sammitdə üzv ölkələrin imtina etməsi fonunda gözlənilməz reaksiya verə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see358

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see211

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see198

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see194

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see181

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see160

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see159

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see150

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see146

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see140

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see139

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri