Icma.az
close
up
RU
Donald Tramp və Sanae Takaiçi ABŞ Yaponiya müttəfiqlik münasibətlərini bir daha təsdiqləyiblər

Donald Tramp və Sanae Takaiçi ABŞ Yaponiya müttəfiqlik münasibətlərini bir daha təsdiqləyiblər

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Pekin, 28 oktyabr, AZƏRTAC

Yaponiyada səfərdə olan ABŞ Prezidenti Donald Trampın bu ölkənin Baş naziri xanım Sanae Takaiçi ilə görüşündə Yaponiyanın müdafiə qabiliyyətinin gücləndirilməsi və iqtisadi-ticari əməkdaşlıq başda olmaqla bir çox məsələləri müzakirə ediblər, müvafiq sahələrdə əməkdaşlığı genişləndirməyə söz veriblər.

AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, ölkəsinin milli maraqlarını qorumaq üçün dinamik diplomatiyanı yenidən qurmağa qərarlı olduğunu deyən Baş nazir Sanae Takaiçi azad və açıq Hind-Sakit okean regionunun yaradılması kimi ümumi məqsədə nail olmaq üçün Yaponiya ilə ABŞ arasında gələcək əməkdaşlığı təşviq etməyə hazır olduğunu bildirib. O, Yaponiya-ABŞ ittifaqının yeni bir qızıl dövrünü reallaşdırmaq istədiyini, bu ittifaqda hər iki ölkənin daha güçlü və daha rifah içində olacağını vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp isə Yaponiyaya böyük sevgi və hörmət bəslədiyini bildirərək, iki ölkə münasibətlərinin daha güclü olacağını deyib. O, Yaponiyanın hər hansı məsələ üzrə istəyi və ehtiyacı olarsa, ABŞ-ın buna laqeyd qalmayacağını söyləyib, əlavə edib ki, Birləşmiş Ştatlar və Yaponiya ən yüksək səviyyədə müttəfiqdir.

Liderlər iki ölkə arasında ticarət danışıqlarında əldə olunan razılaşmanı təsdiqləyiblər. Onlar, həmçinin iqtisadi təhlükəsizliyi gücləndirmək üçün nadir torpaq metalları da daxil olmaqla ən vacib mineralların qorunması və tədarükü sahəsində əməkdaşlığa dair sənədlər imzalayıblar.

Baş nazir Sanae Takaiçi gələn il ABŞ-ın qurulmasının 250-ci ildönümü münasibəti Birləşmiş Ştatlara 250 albalı ağacı hədiyyə edəcəyini deyib.

Liderlər 1970-1980-ci illərdə Şimali Koreya tərəfindən qaçırılan Yaponiya vətəndaşlarının ailə üzvləri ilə də görüşüblər. Səfər proqramına Yokosukadakı ABŞ hərbi dəniz bazasına baş çəkmək də daxildir. Baş nazir Sanae Takaiçi və Prezident Donald Tramp həmin bazada ABŞ-ın “Corc Vaşinqton” təyyarədaşıyan gəmisinə baxış keçirəcəklər.

Qeyd edək ki, Donald Tramp Asiya turu çərçivəsində Malayziyadan sonra Yaponiyaya gəlib. O, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) ölkələri liderlərinin zirvə toplantısında iştirak etmək üçün oktyabrın 29-da Cənubi Koreyaya gedəcək.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Oktyabr 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see209

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see191

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see167

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see147

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see146

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see140

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see140

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see137

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see136

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see132

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see132

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see130

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see129

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see125

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see122

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri