Icma.az
close
up
RU
“Donald Trampın hərbi müdaxiləsi ani ola bilər...”

“Donald Trampın hərbi müdaxiləsi ani ola bilər...”

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

“Ərəb kualisiyası Yəmənin cənubunu bombardman edir. Bir müddət əvvəl də İsrail Livan və Suriyanın müxtəlif nahiyyələrini vurmuşdu. İranın Yəməndəki Husilərdən ibarət Ənsarullah qruplaşmasının Tel-Əvivə raket zərbələrinin qarşısını almaq üçün mühüm tədbirlər görülür. Çünki ABŞ-nin İrana hərbi müdaxiləsi zamanı əli Vaşinqtona çatmayan rejim proksi qüvvələrin əli ilə İsrailə yenidən hücum təşkil edə bilər. Eyni zamanda Maduronun həbsi ilə İranın bir müttəfiqini də sıradan çıxarmış oldu”. 

Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Tural İrfan deyib. 

Onun sözlərinə görə, təbii ki, ondan əvvəl Bəşşar Əl Əsədin süqutu da bu sıraya daxildir:

“Hətta bir qədər də geri getsək İraqdakı Həşd Şabi qüvvələrinin hökumətə tabe etdirilməsi bura daxildir. Beləcə İranın dar günün dayağı hesab etdiyi İraqdakı qüvvələri də kufəlilərin İmam Hüseyni satıb İbn Ziyadın tərəfinə keçdiyi kimi əhd-peymanı sındırıb 12 günlük İran - İsrail müharibəsində sadəcə seyr etdilər. Demək İsrail və ABŞ İran rejiminin qol-budağını tamamilə budamaqda davam edir. İsrailin baş nazirinin Vladimir Putin vasitəsi ilə İrana hücum etmək niyyətində olmadığını çatdırması da proses başa çatana qədər sığortalanmaq üçündür. Təbii ki, hücum olarsa, xətalı hədəflər zərərsizləşdirilənə qədər bunu ABŞ həyata keçirəcək”. 

T.İrfan deyib ki, ikinci mərhələdə İsrail hava qüvvələri qoşula bilər:

“Həmçinin İsrail bəlkə heç hücuma ehtiyac qalmadığını da düşünür. Çünki artıq İran daxilindəki xalq üsyanlarını şiddətləndirmək üçün barıtın miqdarını artırıblar. PJAK liderləri və 7 kürd partiyası İran rejiminə qarşı çağırış edib dəyişikliklərin qaçılmaz olduğunu bəyan ediblər. Və əsasən fars bölgələrində üsyanlar güclənir. İraqla sərhəddəki şəhərlərdə hətta etirazçıların idarəni ələ aldığı qeyd olunur. Görünür İraq vasitəsi ilə xarici agentura şəbəkəsi bu ərazilərdə daha münbit şərait tapıbmış və rejimin süqutuna əhalini inandıra biliblər. Sanksiyalardan və haçalanmış fars şüubiyyə rejiminin aqressiv xarici siyasətindən doğan iqtisadi tənəzzül, xalqın sosial durumunu ağırlaşdırdı və səbrini daşrıdı. Təbriz əhalisinin də etirazlara qoşulduğu deyilir. Ağıllı davrandılar. Farslar qalxanda qalxmadılar. Etirazların müvəqqəti xarakterli olub olmadığını yoxladılar. Əgər əvvəlkilər kimi mövsümi xarakter daşıyaraq sonra yatırılacaq, ram ediləcək etiraz nümayişi olsaydı, sonrakı cəzalandırılma dalğasında qurban gedər, rejimin qəzəbinə düçar olardılar. Lakin artıq etirazların rejim çökənə qədər davam edəcəyiniə tam əmin olduqdan sonra yeni hakimiyyətdən nəsiblərini almaq üçün ayaqlanmaya qoşuldular. Eyni zamanda farsların və ABŞ - İsrail birliyinin şahın oğlunu gətirmək cəhdinə alternativ ortaya çıxarmaq lazım olduğunu dərk etdilər. Ehtimal ki, Prezident Pezeşkianın Azərbaycan əhalisini hazırki durumda idarə etmək, proseslərdəki rolunu müəyyən etmək üçün müstəqil məxfi vasitələrlə təsir qüvvəsi mövcuddur. Donald Trampın hərbi müdaxiləsi ani ola bilər və rejimin süqutunun ya əsas şəxslərin fiziki məhvi ya da həbsi ilə müşaiyət olunması gözləniləndir. Çox ehtimal ki, əgər etiraz və üsyanlar rejimin süqutuna səbəb olarsa eynilə 1979-cu il inqilabındakına oxşar situasiya yaranacaq. Ancaq bu dəfə keşmiş inqilabın əsl lideri olan Təbriz əsilli türk Ayətullah Şəriətmədarininin "ayətullah" titulu verib asılmaqdan xilas etdiyi, Fransa təyyarəsi və xüsusi xidmət orqanlarının müşayəti ilə Hindistan əsilli Xomeyni deyil, İsrail və ABŞ-ın daha müasir və yeni kadrı fars əsilli şahzadə Tehran hava limanına endirilə bilər”.

Vasif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://adalet.az
archiveBu xəbər 08 Yanvar 2026 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri