Donald Trampın qızılı telefonunun satışına bu həftə BAŞLANACAQ
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Trampın adını daşıyan qızılı smartfonlar bu həftədən etibarən alıcılara göndərilməyə başlanacaq.
Redaktor.az xəbər verir ki, bu barədə "USA Today" nəşri "Trump Mobile" şirkətinə istinadən xəbər yayıb.
Qeyd olunub ki, cihazın təqdimatı bir neçə dəfə təxirə salınıb. Belə ki, smartfonun ilkin olaraq 2025-ci ilin avqustunda satışa çıxarılması planlaşdırılsa da, proses uzanıb. "Trump Mobile" şirkətinin baş direktoru Pat O'Brayen istehsalatda müəyyən gecikmələrin yaşandığını təsdiqləyib.
Bundan əvvəl sosial şəbəkələrdə smartfonların alıcılara ümumiyyətlə çatdırılmayacağı ilə bağlı iddialar yayılmışdı. Şirkət öncədən verilən sifarişlərin dəqiq sayı barədə məlumat açıqlamasa da, layihəyə olan maraqdan "son dərəcə razı" qaldıqlarını bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 13 May 2026 21:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















