Icma.az
close
up
RU
Dondurulmuş ətlər bu səbəbdən HARAM SAYILIR

Dondurulmuş ətlər bu səbəbdən HARAM SAYILIR

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Qurani-Kərimdə halal və haram qidaların sərhədləri açıq şəkildə göstərilib. Allah-Taala buyurur: “Ölü heyvan, qan, donuz əti və Allahdan başqası adına kəsilənlər sizə haram edildi...” (əl-Maidə, 3). Başqa bir ayədə isə: “Allahın adı çəkilməyənləri yeməyin, çünki bu, fasiqlikdir” (əl-Ənam, 121). Bu ayələrdən aydın olur ki, ətin halal olması üçün əsas şərtlərdən biri onun İslami qaydada kəsilməsi və kəsim zamanı Allahın adının çəkilməsidir".
Bunu Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib.
"Peyğəmbərimiz (s) buyurur: “Allahın adını zikr edərək kəsilənləri yeyin” (Buxari, Zəbaih, 22). Başqa bir hədisdə də: “Biz kitab əhli olanların yeməklərini halal bildik” (əl-Maidə, 5) ayəsini açıqlayaraq, onların kəsdiklərinin də halal ola biləcəyini göstərib. Lakin İslam alimləri bu hədis və ayəni izah edərkən qeyd ediblər ki, kitab əhli tərəfindən kəsilən ətin halal olması üçün yenə də şərtlərə əməl olunmalıdır: heyvan diri olmalı, qanı axıdılmalı və Allahdan başqasının adı çəkilməməlidir".
İlahiyyatçı bildirib ki, fiqh alimləri bu məsələdə üç əsas mövqe bildiriblər:
"Bir qrup alim deyir ki, kitab əhli kəsdiyi halda belə, əgər kəsim İslami qaydaya uyğun deyilsə, məsələn, boğmaq, elektriklə vurmaq və ya narkotik maddə ilə öldürmək kimi üsullarla həyata keçirilirsə, bu, halal deyil. İmam Əbu Hənifə və onun tələbələrinin mövqeyinə görə, əsas şərt qan axıdılaraq boğazın kəsilməsidir. İmam Şafii və İmam Malik də bu fikri təsdiq edirlər. Digər qrup alimlər isə qeyd edirlər ki, kitab əhlinin kəsimində müəyyən yumşaqlıq ola bilər, amma burada da əsas ölçü budur: kəsim nəticəsində qan axmalıdır. Əks halda, bu, İslamın qadağan etdiyi “meytəh” – yəni ölü ət sayılır".
Onun sözlərinə görə, bu gün xaricdən gətirilən dondurulan ətlər haqqında iddialar məhz bu nöqtədə ortaya çıxır:
"Çünki bəzi ölkələrdə kəsim İslam qaydaları ilə aparılmır, heyvanlar elektrik cərəyanı ilə öldürülür və ya tamamilə huşunu itirdikdən sonra boğulmuş vəziyyətdə kəsilir. Belə hallarda artıq ət halal deyil. Ona görə də müsəlman ölkələri halal sertifikatlaşdırma sistemi tətbiq ediblər. Ətin halal olub-olmamasını təsdiq edən beynəlxalq halal təşkilatlarının möhürü olmasa, belə ətlərdən çəkinmək lazımdır".
İlahiyyatçı bildirib ki, burada İslam alimlərinin ortaq mövqeyi budur ki, müsəlmanlar şübhəli şeylərdən uzaq durmalıdır:
"Hədisdə buyurulur: “Halal aydındır, haram da aydındır. Bunların arasında şübhəli şeylər var. Kim şübhəli şeylərdən çəkinərsə, dinini və namusunu qorumuş olar” (Buxari, İman, 39; Muslim, Müsakat, 107). Bu səbəbdən xaricdən gətirilən ətlər barədə dəqiq halal sertifikatı yoxdursa, onlardan çəkinmək daha ehtiyatlıdır.İslamın əsas prinsipi budur ki, halal və təmiz qida ilə qidalanmaq imanımızın bir parçasıdır. Əgər xaricdən gətirilən dondurulmuş ətin halal kəsilib-kəsilmədiyi barədə dəqiq məlumat yoxdursa, müsəlman ehtiyat etməlidir. Çünki Quranda da buyurulur: “Ey iman gətirənlər, sizə verdiyimiz ruzilərin təmiz olanlarından yeyin və Allaha şükür edin” (əl-Bəqərə, 172). Təmizlik və halal olma şərtlərinə əməl edilmədiyi təqdirdə həmin ət müsəlmana halal sayılmır.
Bəzi alimlər deyirlər ki, şübhədən uzaq olmaq daha yaxşıdır. Belə ki, əşyada əsl olan halallıqdır və bismillah (Allahın adı ilə) deyib yemək olar".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:553
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Sentyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri