Icma.az
close
up
RU
Qadınlar hansı yaşda qoca SAYILIR?

Qadınlar hansı yaşda qoca SAYILIR?

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Əksər qadınların əsas fobiyalarından biri qocalmaqdır. Ona görə də qadınlar hər zaman cavan qalmağa və gözəl görünməyə çalışırlar. Maraqlıdır ki, bu məsələdə kişilər daha soyuqqanlıdırlar. Kişilər əksər hallarda qocalmanı sakitcə və yavaş-yavaş gözləyirlər, qəbullanırlar. Amma qadınlar heç zaman qocaldıqlarını qəbul etmirlər. Eyni zamanda qarşı tərəfin qocalıq barədə səsləndirdikləri fikri də qadınlar təhqir kimi qəbul edirlər.
Bizim.Media-nın araşdırmasına görə, qadınların qocalması yerə və münasibətə görə dəyişir.
Bəzi ölkələrdə 40 yaşında qadın yaşlı sayılırsa, bəzi ölkələrdə 50-55 yaşlı qadınlar belə gənc hesab olunur.
Bəs, rəsmi statistika nə deyir?
Ümumdünya Səhiyyə Təşkilatı qadınların yaş təsnifatını belə aparıb:
· 44 yaşına çatmamış qadın gənc;
· 45-59 orta yaşlı;
· 60-74 yaşlı;
· 75-89 yaşlılar qoca və ahıl;
· 90 və daha yuxarı yaşlılarsa artıq uzun ömürlü hesab edilir.
Amma insanlar arasında yaşlılıq anlayışı fərqli faktorlarla müəyyən edilir. Məsələn, həyat eşqi güclü olan qadınlar hər yaşda cavandırlar. Bundan əlavə, qadına münasibət ölkələr üzrə dəyişir.
Məsələn Qərbdə qadınlar 50-60 yaşlarında da aktiv və cazibədar hesab olunur. Çünki Avropa ölkələrində gözəllik və gənclik haqqında təsəvvürlər tamam başqadır. Orada 50-60 yaşlı qadınlar bəzən gözəllik ikonası da sayılır.
Amma Şərqdə vəziyyət bir qədər fərqlidir. Belə ki, əksər şərq ölkələrində 40 yaşdan yuxarı qadınları yaşlı hesab edirlər. Bu da onunla bağlıdır ki, Şərqdə qadınlar 40 yaşdan sonra ictimai həyatdan çəkilir, özlərini daha çox ailəyə bağlayırlar. Evdar qadınlar isə xarici görünüşlərinə daha az diqqət edirlər.
Təbii ki, hər bir qadın zamanla fizioloji dəyişikliklər yaşayır.
Bu və ya digər şəkildə hər bir qadın sağlamlıq və ya görünüşlə bağlı problemlərlə üzləşir. Nədənsə, bir çox insan əmindir ki, qocalıq 40 yaşdan başlayır. Düşünməyin ki, bu həddi qadınların özləri müəyyən edir. Əsla! Qocalığı göstərən bir çox amillər var. Məsələn, zəif duruşu buna örnək göstərə bilərik.
Digər amilsə qadının üz və bədən cizgiləri ilə bağlıdır. Yaşlı qadının sifətində və dərisində çoxlu qırışlar yaranır. Bu qırışlar qaşlar arasında, burun-labial qırışlarda və boyunda daha çox olur. Zəif əzələli qadınlarda inkişaf etməmiş elastiklik də böyük ölçüdə bir stereotipdir.
Qocalığın daha bir göstəricisi isə ümumi səliqəsizlikdir. Bəzi qadınlar qətiyyən dərilərinə, saçlarına və dırnaqlarına qulluq etmirlər. Səliqəsiz görünüş, cansız cizgilər qadını daha yaşlı göstərir.
Mənəvi baxımdan qocalan qadınların gözlərində yorğunluq olur. Belələrinin gözlərində universal melanxoliya və yorğunluq var.
Bütün bunlar qadının yaşına ən azı 50 il əlavə edir .
Alimlər müəyyən ediblər ki, qadının “qocalığı” pasportundakı rəqəmdən asılı deyil. Bu, qadının xarici görünüşünə və psixoloji durumunun ümuni təzahürü ilə bağlı məsələdir.
Başqa sözlə desək, “gənclik” qadının öz sağlamlığına, bədəninə və emosional vəziyyətinə ayırdığı vaxt, özünə qayğı, özünə olan sevgidir. Qadın özünü neçə yaşda hiss edirsə, elə o yaşdadır. Ona görə də hər zaman cavan və cazibədar görünmək istəyən qadınlar ictimai həyatda daha fəal olmalı, sağlamlıqlarına, görünüşlərinə daha çox diqqət yetirməlidirlər.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Fevral 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see264

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see176

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see174

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see170

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see170

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see169

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see168

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see166

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see165

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see165

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see164

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see164

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see164

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see162

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see162

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see161

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see159

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see157

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri