Icma.az
close
up
RU
Dondurulmuş formada gətirilən ət islami qaydalara uyğun kəsilmir”

Dondurulmuş formada gətirilən ət islami qaydalara uyğun kəsilmir”

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycana həm dondurulmuş ət, həm də kəsim üçün diri heyvan idxal edilir. Dondurulmuş formada gətirilən ətlərin heç biri islami qaydalara qaydalarına uyğun kəsilmir”.

Bu sözləri “Yeni Sabah”a aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov deyib.

Onun sözlərinə görə, bu il həqiqətən də ət idxalını artırmaq haqqında düşünülür: Dominos pizza

“Ona görə ki istehsal azalıb. Baxmayaraq ki, Kənd Təsərrüfatı Nazirliyi ət istehsalında artım statistikası göstərir. Bu artım ölkəyə gətirilən diri heyvanların hesabınadır. Diri heyvanların idxalında artım 2.1 dəfədən çoxdur.

İdxal edilən heyvanlar ölkə daxilində kəsimə verilir və daxili istehsal kimi göstərilir. Buna görə də ət istehsalında artımdan danışılır.

Son vaxtlar Qazaxıstan da çalışır ki, Monqolustandan ucuz heyvan əti idxal etsin. Xüsusən, qoyun əti. Qazaxıstan adambaşına Azərbaycandan 2 dəfədən də çox ət istehlak edir. Ölkəmoizdə illik ət istehlakı 42 kiloqram, orada isə 80 kiloqrama yaxındır. Digər tərəfdən, idxal olunan diri heyvanları da nəzərə alsaq, adambaşına 35 kiloqram ət istehsal edirik, Qazaxıstan isə 78 kiloqram istehsal edir.

Qazaxlar indi çalışır ki, qoyun ətinin bir hissəsini Monqolustandan gətirsinlər. Monqolustan həm Qazaxıstana yaxındır, həm də ət qiyməti ucuzdur. Hətta onlar diri heyvan da idxal edə bilərlər. Amma bizim üçün məsafəni nəzərə alsaq, bu baha başa gələr. Bu baxımdan, Azərbaycan nə qədər çalışsa da, Monqolsutandan ət idxalını artıra bilməyəcək”. 

Ekspert qeyd edib ki, istər dondurulmuş ətlərin, istərsə də diri heyvanların idxalına ciddi nəzarət olunmalıdır:

“Azərbaycana həm dondurulmuş ət, həm də kəsim üçün diri heyvan idxal edilir. Dondurulmuş formada gətirilən ətlərin heç biri islami qaydalara qaydalarına uyğun kəsilmir.

Bu formada idxal olunan ət daha çox Braziliya, Rusiya, Ukrayna və Hindistandan gətirilir. Yəni heç birində heyvanların kəsimi İslam qaydalarına uyğun həyata keçirilmir. Xüsusən Monqolustandan gətirilən heyvanların ətinin keyfiyyəti Azərbaycanda istehsal olunan ətin keyfiyyəti kimi deyil. Azərbaycanda istehsal olunan heyvanların əti digər ölkələrdən gətirilən heyvanların əti ilə müqayisədə çox keyfiyyətlidir. Monqolustandan gətirilən ət dad və qoxu baxımından fərqlənir. Bu əti istehlakçılar bir o qədər də yüksək dəyərləndirmirlər.

Yerli heyvanın əti ilə müqayisədə qiyməti çox ucuzdur. Kiloqramı 13-14 manata təklif olunsa da, yenə bir o qədər maraq yoxdur. Ola bilsin ki, bu ətlər bir sıra marketlərdə yerli istehsal ət kimi satılır. Amma insanlar bir neçə dəfə alandan sonra hiss edir ki, həmin dadı vermir. 

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə gətirilən heyvan ətini ciddi nəzarətdən keçirməlidir. Hətta həmin ölkələrdə kəsim prosesinə bir müddət nəzarət edilməlidir. Üstəlik bilməliyik ki, kəsilən heyvan xəstədir, ya yox. Çıxdaş olunmuş heyvanlar da kəsilib bizə göndərilirmi?

Ola bilsin həmin ölkələrdə vəhşi heyvanlar kəsiləcək heyvana zərər yetirib yaxud dişləyib. Bunlar hamısı ciddi məsələlərdir. Belə halların baş verməməsi üçün çox ciddi nəzarət lazımdır. Bir müddət əvvəl Gürcüstanda xırdabuynuzlu heyvanlar arasında xəstəliklər geniş yayılmışdı, Azərbaycana idxal dayandırıldı.

2 il əvvələdək xırdabuynuzlu heyvanların idxalı daha çox Gürcüstandan edilirdi. İndi yəqin ki, qonşu ölkədən az sayda heyvan gətirilir. Monqolustan isə ictimaiyyətə elə də açıq deyil. Biz bilmirik ki, orada hansı xəstəliklər yayıla bilər. Ona görə də ciddi nəzarət olunmalıdır”.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:238
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 29 Sentyabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri