Icma.az
close
up
RU
Kremldən Parisə ağır zərbə: Ordu geri çəkilir, növbədə Qafqazdır

Kremldən Parisə ağır zərbə: Ordu geri çəkilir, növbədə Qafqazdır

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Fransa ordusu Çaddan geri çəkiləcəyini açıqlayıb. Paris, yerli hakimiyyət orqanlarının müdafiə sahəsində əməkdaşlığın dayandırılmasını bəyan etdikdən iki həftə sonra bu istiqamətdə prosesi başladıb.

Fransanın daha bir Afrika ölkəsindən geri çəkilmək məcburiyyətində qalması siyasi dairələrdə müzakirələrə səbəb olub. Parisin daha əvvəl Burkina Faso və Niger kimi müstəmləkələrdən də çıxarılması onun getdikcə zəifləməsinin sübutu kimi dəyərləndirilir. Bu ölkənin artıq əvvəlki gücü və təsir imkanlarını yavaş-yavaş itirdiyi deyilir.

Parisin sürətlə nüfuz itirməsi, həmçinim Afrikadan geri çəkilməsi kimi proseslərin nəticəsi necə olacaq? Fransa Prezidenti Emmanuel Makron vəziyyətdən çıxış yolu üçün necə bir həmlə edə bilər?

Globalinfo.az-a danışan politoloq Elvin Baxşalızadə deyib ki, Fransa Afrikada “qan itirməyə” davam edir:

“Bundan əvvəl fransız ordusu Mali, Burkina Faso və Nigerdən çıxmağa məcbur olmuşdu. İndi isə Çad Paris ilə müdafiə müqaviləsini ləğv etdiyini açıqlayıb. Bu barədə iki həftə əvvəl ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb. Nəticə olaraq fransız qoşunları mərhələli şəkildə ölkəni tərk etməyə başlayıb.

Çad strateji baxımdan Fransa üçün ən əhəmiyyətli region ölkələrindən biri idi. Fransa üçün buradakı hərbi mövcudluğunu itirmək geri dönüşü olmayan prosesin başlanğıcıdır. Afrika tədricən Makronun əlindən çıxır. Bu, onun hakimiyyət illərinin ən böyük fiaskosudur. Çünki sözügedən ərazilər yüzilliklər boyu Fransa üçün “yağlı tikə”, xammal mənbəyi olub”.


Elvin Baxşalızadə

Ekspert Afrika ölkələrinin birdən-birə Fransadan uzaqlaşmağa, onun nəzarətindən çıxmağa başlamasına aydınlıq gətirib:

“Müstəmləkə siyasəti, həmçinin bəzi region ölkələrindəki hüquqi pozuntular əvvəlki illərdə də vardı. Fikrimcə, əsas səbəb digər qlobal güc mərkəzi olan Moskvanın son illərdə Afrikada fəallığı artırması, aqressiv şəkildə regiona girməsidir. Rusiya Prezidenti Vladimir Putin Qərblə geopolitik qarşıdurma fonunda Afrikaya diqqəti ciddi şəkildə artırdı. Bir çox region ölkələri ilə ikitərəfli əməkdaşlıq genişləndirildi, Rusiya-Afrika iqtisadi forumunun keçirilməsinə başlandı. Belə görünür ki, Moskva ilə yeni əməkdaşlıq formatı, iqtisadi əlaqələrin genişlənməsi region ölkələrini qane edəcək səviyyədədir”.

Politoloqun sözlərinə görə, bu məqamda Fransa bölgədə oyundankənar vəziyyətə düşmüş sayıldı və itkilər verməyə başladı:

“Fikrimcə, Makronun Cənubi Qafqazla bağlı son illərdəki addımlarının Afrikadakı itkilərlə birbaşa bağlantısı var. Paris o regionda itirdiyi mövqeləri az da olsa kompensasiya etmək üçün Qafqaza daxil olmağa çalışır. Amma burada da uğursuzluğa düçar olduğu görünür. Nəticədə Fransanın qlobal miqyasdakı mövqeləri daha da zəifləyir”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Dekabr 2024 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri