Icma.az
close
up
RU
Dondurulmuş qidalar bu xəstəliklərə səbəb olur DİQQƏTLİ OLUN!

Dondurulmuş qidalar bu xəstəliklərə səbəb olur DİQQƏTLİ OLUN!

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Dondurulmuş qida alarkən bu xəbərdarlığa diqqət yetirin! Alış-verişdəki bu səhv sağlamlığı təhdid edir

Türkiyəli diyetoloq Seda Nasuhbeyoğlu dondurulmuş qida istehlakı ilə bağlı xəbərdarlıq edib. Dondurulmuş qidaların əridilməsi zamanı düzgün proses tətbiq edilmədikdə fiziki, kimyəvi və mikrobioloji cəhətdən mənfi nəticələr baş verə bilər.

“Mağazalardan hazır dondurulmuş qidalar alarkən, soyuducunun temperaturunun istənilən səviyyədə olub-olmaması yoxlanılmalıdır. Alınan məhsul dondurulubsa, dərhal yeyilməməlidir; Əgər buz əriyibsə, bir daha dondurulmamalıdır”,-deyə həkim bildirib.

Diyetoloq qeyd edib ki, mütləq son istifadə müddətinin olub-olmadığını yoxlamaq lazımdır. Müddəti keçməyib və yaxşı qablaşdırılıbsa, uyğun hesab edilir. İstehlak üçün alınacaq bütün qidalar təzə və təmiz olmalıdır. Ona görə də etibarlı markalara və satıcılara üstünlük verilməlidir. Hazır qablaşdırılaraq alınan bütün məhsullarda satış icazəsi möhürü olmalıdır.

Onun sözlərinə görə, dondurulmuş qidaların əridilməsi zamanı düzgün proses tətbiq edilmədikdə fiziki, kimyəvi və mikrobioloji neqativ hallar yarana bilər. Dərin dondurucuda dondurulmuş qidalarda mikroorqanizmlərin böyüməsi dayanır, əridikdən sonra da çoxalma sürətlə başlayır. Ona görə də ərimə çox vacibdir. Dondurulmuş qidalar yalnız bir dəfə əridilməklə istehlak edilməlidir. Əks halda, qida zəhərlənməsinə səbəb ola bilər. Ərimə otaq temperaturunda, suda, qızdırıcının üstündə və ya altında, zəif hərarətdə və ya günəşli yerlərdə edilməməlidir. Əritmə prosesi soyuducunun daxili rəflərində saxlanılaraq və ya mikrodalğalı sobanın ərimə proqramında edilməlidir.

Mütəxəssis qidaların dondurulması zamanı da diqqət ediləcək məqamlara toxunub:

"Dondurulmuş qidaların saxlama müddəti qidaların qorunma dərəcəsinə görə dəyişir. 6 dərəcəyə qədər olan qidalar dondurucuda orta hesabla 1 həftə, 12 dərəcəyə qədər dondurula bilən qidalar isə təxminən  1 ay müddətinə saxlanıla bilər. 18 dərəcədə dondurulan qidalar isə dondurucuda 3 aya qədər saxlanıla bilər. Dondurulacaq qidalar, yeməklər ilk növbədə təmiz yuyulmuş, çeşidlənmiş, bir porsiyalıq formada olmalıdır.

Dondurulmuş qidaların diqqətsiz istehlakı şəkərli diabet (diabet), qan təzyiqi, xərçəng və ya ürək xəstəliklərinin inkişaf riskini artıra bilər.

medicalmedia.az 

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri