Icma.az
close
up
RU
Dönər hazırlanması zamanı qida təhlükəsizliyi necə qorunmalıdır? VİDEO

Dönər hazırlanması zamanı qida təhlükəsizliyi necə qorunmalıdır? VİDEO

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qanunvericiliyə əsasən, ictimai iaşə obyektlərində, o cümlədən dönər istehsalı və satışı ilə məşğul olan müəssisələrdə qida məhsullarının təhlükəsizliyi ilə bağlı tələblərə ciddi şəkildə əməl edilməlidir. Dönər üçün istifadə olunan ət mütləq baytarlıq-sanitariya ekspertizasından keçirilməlidir. Ət məhsulları +4°C-dən yuxarı temperaturda uzun müddət saxlanmamalıdır. Bu mikrobioloji çirklənmə riskinin qarşısını almaq baxımından olduqca vacibdir.

Bu barədə Adalet.az-a  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. 

Agentlik bildirir ki, bişməmiş və ya natamam bişmiş ətin istehlakı qida zəhərlənməsi riski yarada bilər. Bu səbəbdən dönər məhsulu yalnız tam bişirildikdən sonra istehlakçılara təqdim edilməli, satış zamanı bişmiş dönərin temperaturu 65°С-dən aşağı olmamalıdır.  Dönərlə birlikdə təqdim edilən sous, mayonez və tərəvəzlərin də saxlanma rejiminə nəzarət edilməlidir. 

İşçi heyətin şəxsi gigiyenası, iş prosesində istifadə olunan avadanlıqların və hazırlıq sahələrinin təmizliyi qida təhlükəsizliyi baxımından vacibdir. Dönər hazırlayan işçi mütləq birdəfəlik əlcək, qoruyucu geyim və baş örtüyü taxmalıdır. Çarpaz çirklənmənin qarşısının alınması məqsədilə dönər hazırlayan və ya satışa təqdim edən işçilərin digər əşyalara toxunmasına yol verilmir. 

Sadalanan tələblərə riayət edilməməsi qida zəhərlənməsi və kütləvi sağlamlıq problemlərinə səbəb ola bilər. Belə hallar baş verdikdə aidiyyəti üzrə müvafiq orqanlar tərəfindən nəzarət tədbirləri həyata keçirilir və operativ müdaxilə təmin olunur.

Unutmayaq ki, dönər kimi geniş istehlak olunan məhsulların təhlükəsiz hazırlanması və satışı təkcə qanunvericilik tələbi deyil, həm də ictimai sağlamlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Hər bir qida obyekti məsuliyyətini dərk etməli, istehlakçılar isə qida seçimində diqqətli olmalıdır. Qida təhlükəsizliyi  sağlam gələcəyin əsas şərtidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://adalet.az
archiveBu xəbər 26 İyun 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see427

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see211

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see201

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see167

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see159

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see159

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see155

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see154

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see153

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see146

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see144

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see144

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see141

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see138

Maduronun xanımı özünün tam günahsız olduğunu bildirib

05 Yanvar 2026 22:29see131

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri