Icma.az
close
up
RU
Qida tədqiqatçısı: At ətindən mal əti adıyla dönər hazırlanması cəmiyyətdə ciddi narahatlıq doğurur

Qida tədqiqatçısı: At ətindən mal əti adıyla dönər hazırlanması cəmiyyətdə ciddi narahatlıq doğurur

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində fəaliyyət göstərən dönər və toyuq əti emalı müəssisəsində nöqsanlar aşkarlanıb. 

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. 

Bildirilib ki, “FQ Foodex” MMC-yə məxsus çiy dönər və toyuq əti emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı sanitar-texniki tələblərin pozulduğu, ət məhsullarının saxlanma şəraitinə əməl olunmadığı müəyyənləşib. 

Bununla yanaşı, mənşəyi məlum olmayan 6159 kq dondurulmuş toyuq əti və istifadə müddəti bitmiş 72 kq toyuq filesi, 360 kq toyuğun bud hissələrinin aşkarlandığı qeyd olunub.

“Yoxlama zamanı “AL-ASR” əmtəə nişanlı çiy mal əti və toyuq əti dönərindən, çiy toyuq hissələrindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində çiy mal əti dönərində at və toyuq DNT-si, çiy toyuq əti dönərində isə salmonella müəyyən edilib.

Faktla bağlı istehlaka yararsız məhsullar dövriyyədən çıxarılıb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib”, - məlumatda bildirilib.



Təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev "Sherg.az"a deyib ki, son dövrlərdə ölkəmizdə qida təhlükəsizliyi və istehlakçı hüquqlarının qorunması ilə bağlı müzakirələr günbəgün artmaqda davam edir:


“Bu kontekstdə, mal əti adıyla at ətindən dönər hazırlanması kimi hallar cəmiyyətdə ciddi narahatlıq doğurur.  Azərbaycan Respublikasının qanunvericiliyində at ətindən qida məhsullarının, o cümlədən dönərin hazırlanmasına birbaşa qadağa qoyulmayıb. “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən,qida məhsulları istehlak üçün təhlükəsiz olmalı, onların tərkibi və mənşəyi istehlakçılara düzgün bildirilməlidir. At əti qida kimi istifadə oluna bilən məhsuldur və bir çox ölkədə (məsələn, Qazaxıstan, Monqolustan) ənənəvi qida mənbəyi hesab edilir. Lakin Azərbaycanda at ətinin istehlakı mədəni və psixoloji səbəblərdən geniş yayılmayıb və əksər hallarda istehlakçılar tərəfindən qəbul edilmir. Bu baxımdan at ətindən dönərin mal əti kimi təqdim edilməsi qanunla qadağan olunmasa da, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna müvafiq maddəsinə əsasən istehlakçıların düzgün məlumatlandırılması hüququnun pozulması kimi qiymətləndirilə bilər. Belə hallar saxtakarlıq kateqoriyasına aid edilərək inzibati və ya cinayət məsuliyyəti doğura bilər. Mövcud məlumatlar və keçmişdə də bu kimi aşkarlanmış faktlar problemin müəyyən miqyasda yayıldığını göstərir. At ətinin mal ətindən vizual olaraq fərqləndirilməsi çətin olduğundan və qiyməti əhəmiyyətli dərəcədə aşağı olduğundan, bəzi vicdansız satıcılar bu üsuldan qazanc əldə etmək üçün istifadə edə bilər. At ətinin əsasən xəstə və ya yararsız heyvanlardan əldə edildiyinə dair xəbərlər yayılır. Əgər ölkə üzrə sistemli araşdırma aparılarsa, xüsusilə kiçik dönərxanalarda və nəzarətin zəif olduğu regionlarda belə halların geniş yayıldığı ehtimalı yüksəkdir”. 


Mütəxəssis əlavə edib ki, problemin həlli üçün kompleks tədbirlər vacibdir:

“At ətinin qida kimi istifadəsinə icazə veriləcəksə, bunun qaydaları (sanitariya standartları, etiketləşdirmə) dəqiq müəyyənləşdirilməli, mal əti adı ilə satışı isə açıq şəkildə qadağan olunmalıdır. AQTA və Daxili İşlər Nazirliyi birgə reydləri artırmalı, dönərxanalarda ətin mənşəyini yoxlamaq üçün sürətli testlərdən(məsələn, DNT analizi) istifadə etməlidir. Dönər istehsalçıları üçün ətin mənşəyini təsdiq edən baytarlıq sənədləri məcburi edilməli, bu sənədlər istehlakçılara açıq olmalıdır. İstehlakçıların hüquqları barədə məlumatlandırılması və şübhəli hallarda şikayət mexanizmlərinin asanlaşdırılması üçün kampaniyalar keçirilməlidir.Saxta məhsul satışı aşkarlanan şəxslərə qarşı cərimələr və fəaliyyətin dayandırılması kimi sanksiyalar artırılmalıdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Mart 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri