Icma.az
close
up
RU
Dönər niyə zəhərləyir? Səbəb təkcə ət və mayonez deyilmiş

Dönər niyə zəhərləyir? Səbəb təkcə ət və mayonez deyilmiş

Icma.az bildirir, Lent az portalına istinadən.

Havalar soyuyanda daha praktik olduğu üçün dönər kimi hazır yeməklər həm tələbələr, həm şagirdlər, həm də işləyənlər üçün ən əlverişli seçim olur. Ötən günlərdə Gəncədə də bir qrup şagirdin dönər yedikdən sonra səhhətləri pisləşərək xəstəxanaya köçürüldükləri ilə bağlı xəbər vermişdik.

Bəs görəsən, niyə məhz dönərdən zəhərlənmə halları bu qədər çoxdur? Alarkən nələrə diqqət etməliyik?

Qida mütəxəssisi Ağa Salamov Lent.az-a açıqlamasında bildirib ki, dönərdən zəhərlənmələrin tək səbəbi ət və mayonez deyil:

“Zəhərlənmələr çox vaxt toyuq dönərindən baş verir. Salmonella bakteriyası ildə minlərlə insanı zəhərləyir və öldürür. Ümumiyyətlə ət, toyuq patogen bakteriya daşıyıcılarıdır, lakin bakteriya yükü çirklənməyə məruz qalmayana qədər onlarda çox az miqdar təşkil edir. Dönəri zəhərli edən bilavasitə çirklənmədir. İlk növbədə ətin düzgün daşınmaması, buzunun dəfələrlə açılması hallarında qida zəhərlənməsi qaçılmazdır. İkinci halda otaq şəraitindəki emal prosesi də, əsas rol oynayır. Bəzən dönərçilər əti hazır alıb, şişlərdə daşımırlar, onun yerinə özləri şişləyib bişirirlər. AQTA dəfələrlə tövsiyə və tələb edir ki, dönər ətləri hazır şişlərdə alınsın.

Şişlənmə zamanı dönər ona görə zəhərlənmə verə bilir ki, prosesdə ət 3 saatdan çox otaq şəraitində saxlanılır. Lakin zəhərlənməyə şərait yaradan səbəblər heç bunlarla da, yekunlaşmır. Dönəri bişirən zaman bəzən dönərçilər gigiyena qaydalarını poza bilirlər. İnsanın saçında, üz dərisində stafilokok bakteriyası olur. Hərdən sosial şəbəkələrdə baxırsan ki, dönərxanada canlı yayım açıblar, heç birinin də başında papağı yox. Fikirləşmirlər ki, bu patogen bakteriya öldürücü xarakter daşıyır. Biz zəhərlənmə deyəndə ancaq ətin, mayonezin üstünə düşürük. Sözsüz, bunlar da başlıca səbəblərdəndir. Amma gizli səbəblərdən biri stafilokok bakteriyasıdır. Yeni dəbdir sanki, aşpazlar papaq taxmırlar. Şef sözünün mənasını bilməyənlər papaqsız iş görüb, özlərini “şef” adlandırırlar. Nəticədə isə qida zəhərlənməsinə bir səbəb də əlavə edilir.

Düşünürəm ki, AQTA “Tiktok”da canlı yayım açıb, dönərxanaların mətbəxini reklam edən, papaq taxmayan, gigiyena qaydalarını pozan, antisanitar vəziyyətdəki restoranlara qarşı reyd aparmalıdır. Bu mütləq olmalıdır. O canlı yayımlara baxanda “n” sayda nöqsanları müşahidə edirəm. Öz-özümə deyirəm ki, nə yaxşı burada zəhərlənmə olmur, buradan necə dönər alıb yeyirlər? Bunlar baxıb, keçiləsi məsələlər deyil. Zəhərlənmənin kökünü formalaşdıran hallardır.

Bəzən müştəri çoxluğuna görə dönərçilər əti ala-çiy vəziyyətdə tez-tez kəsib satırlar. Tam bişməyən ətlər də, qida zəhərlənməsi yaradır”.

Qida mütəxəssisi bişmiş dönərin saxlanılma müddətinə də toxunub:

“Alınıb, evə gətirilən dönəri soyuduqdan sonra isitmək olmaz”

“Çiy dönər ətini dondurucuda, şişdə müəyyən müddət saxlamaq mümkün olsa belə, bişmiş dönəri mütləq isti-isti yemək lazımdır. Dönər əti çörəyin arasında, yaxud evə aparana qədər soyuyursa, bu da qida zəhərlənməsi yaradır. Qida məhsullarının bişirilməsi, soyudulması, isidilməsi və yaxud buzunun açılması kimi texnologiyalar var. Bunlara əməl olunmayanda zəhərlənmə yaranır. Qısaca, dönər ətləri nə soyudula, nə də isidilə bilər. Şorbanı soyudub sonra isidib yemək olar, amma eyni üsulu dönərə tətbiq etmək olmaz.

Bişmiş və isti-isti təqdim olunan kəsilmiş dönəri 2 saatdan çox otaq temperaturunda saxladıqda, zəhərlənmə yaranır. Ona görə də, dönəri yerindəcə isti-isti yemək lazımdır. 1 saat ərzində yeyildikdə problem yaratmaz, amma istənilən halda anında yeyilməsi məsləhətlidir. Təkcə dönər ətinin yox, mayonezin də saatlarla otaq şəraitində qalması zəhərlənməyə səbəb olur”,-deyə mütəxəssis fikrini yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:256
embedMənbə:https://lent.az
archiveBu xəbər 11 Dekabr 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri