Icma.az
close
up
RU
Dönər niyə zəhərləyir? “Əgər 1 saat içində...”

Dönər niyə zəhərləyir? “Əgər 1 saat içində...”

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son vaxtlar dönərdən zəhərlənmə hadisələrinin sayı artıb. 

Cəld, ayaqüstü, qısa zamanda hazırlanan və nisbətən ucuz başa gələn dönərlə bağlı nəinki paytaxtda, eləcə də bölgələrdə vətəndaşlar problemlə üzləşirlər. Qeyd edək ki, ötən il 9 nəfər Şəmkirdə dönərdən zəhərlənərək xəstəxanaya müraciət etmişdi. Bundan başqa toyuq dönərindən zəhərlənərək Zaqatala RMX-nın Təcili Yardım Şöbəsinə müraciət edənlərin sayı 40-a çatmışdı. 14 -15 oktyabr 2024-cü il tarixlərində müxtəlif saatlarda ümumilikdə 21 nəfər olmaqla dönərdən zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunmuşdu. Bugünlərdə isə Naxçıvanda dönərdən kütləvi zəhərlənmə olub. 

Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinin növbətçi həkimi Nəzmin Allahverdiyeva deyib ki, Mərkəzə Naxçıvan şəhərində fəaliyyət göstərən kafelərdən birində dönərdən zəhərlənən bir neçə nəfər daxil olub. Onlardan üçü azyaşlı olmaqla 6 nəfər ürək bulanmadan, qusmadan şikayət edib. Xəstələr tibbi yardımlardan sonra evə buraxılıb. Göründüyü kimi, dönərdən zəhərlənmə hallarının sayının getdikcə artması onunla bağlı müxtəlif suallar yaradır.

Bu da bir faktdır ki, dönər bir çox dünya ölkələrində istehlak edilir. Bəs ölkəmizdə dönər istehlakı zamanı zəhərlənmələrin qarşısını necə almaq olar? 

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “Cebheinfo.az”-a bildirib ki, dönərlərdən kütləvi zəhərlənmələrin sayı artdıqca, ötən ilin oktyabrında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi "Dönər emalı və dövriyyəsinə dair sanitariya norma və qaydaları" adlı yeni texniki hüququ akt layihəsi hazırlayıb: 

"Sənəd  dövlət reyestrinə daxil olunması üçün Ədliyyə Nazirliyinə göndərilib. Sənəddə bir çox məqamlar var ki, bunlar sırf riskli qida olan dönərin zəhərlənmədən qoruma hallarının qarşısını almaq üçün vacib olan amilləri nəzərdə tutub. Burada əsasən dönər hazırlanmasını həyata keçirən, qida subyektlərinə və obyektlərinə, eyni zamanda çiy dönər emalı və təhllükəsizliyinə, eyni zamanda keyfiyyətinə, texniki emalına, dövriyyəsində bütün tələblər əks olunub. 

O, əsasən "Kodeks Alimentariusun" komissiyasının, eyni zamanda Avropa Parlamentinin, Avropa İttifaqı Şurasının müvafiq qərarları əsasında hazırlanan bir layihədir. Bu layihələr təqdim olunub və təsdiqləndikdən sonra ona uyğun şəkildə hazırlanan dönər təbii ki, insan sağlamlığına zərər verməyəcək. Ancaq bütün bunlara baxmayaraq, hazırda aparılan monitorinqlərin nəticələri və eyni zamanda da keyfiyyətsiz dönər emal edən müəssisələrin sayının çox olması istehlakçıları bir daha xəbərdar edir ki, bu kimi qidaları alarkən diqqətli olsunlar”. 

O bildirib ki,  immun sistemi zəif olan insanlar, azyaşlılar daha həssasdırlar. Eyni zamanda, gün ərzində  ilk olaraq qəbul etdikləri qida belə qarışıq, düzgün emal olunmamış dönər olduqda, zəhərlənmə, eləcə də həzm problemlərinə səbəb ola bilər:

“Xüsusilə də dönər zəhərlənməsində sadəcə ətin keyfiyyəti rol oynamır. Eləcə də ət tam bişmədikdə, digər istifadə edilən məhsullar keyfiyyətsizdirsə, ətin bişirilməsində istifadə olunan alovla birbaşa təmas varsa, əriyən yağların alova damlayır və bu səbəbdən ətin bişməsində zərərli qazlar yaranırsa, təhlükə yaradır. Xüsusilə də ətin yağ tərkibi, bişmə müddəti, temperaturu, istiliklə təması mütləq şəkildə diqqətdə olmalıdır. Əks halda, düzgün şəkildə bişməyən dönər insan sağlamlığına zərər verə bilər". 

Mütəxəssisin sözlərinə görə, digər önəmli bir məqam dönər bişirildikdən sonra sərin temperaturda 18-25 dərəcədə 1 saata qədər saxlanılmasıdır: 

"Ancaq 1 saat ərzində  istehlak olunmalıdır. Əgər yay mövsümüdürsə, təbii ki, bu müddət tamamilə azalır. Mütləq şəkildə istifadə edərkən, alarkən diqqət ediləcək əsas məqamlardan biri işçilərin şəxsi gigiyena qaydalarına əməl etməsi, təmiz iş geyimi, əlcəkdən istifadə  və mütəmadi olaraq tibbi müayinədən keçmələridir. Əks halda təhlükəli olan və yaxud bu qaydalara əməl etməyən yerlərdən alınan dönərlər hər zaman risk və təhlükə mənbəyidir". 

Nigar Abdullayeva 
"Cebheinfo.az"

Açar sözlər: Dönər zəhərlənmək Məhsəti Hüseynova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Mart 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri