Icma.az
close
up
RU
Doqquz ayda mehmanxanalar 494 milyon manat gəlir əldə ediblər

Doqquz ayda mehmanxanalar 494 milyon manat gəlir əldə ediblər

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2025-ci ilin yanvar-sentyabr aylarında mehmanxana və mehmanxana tipli obyektlərin gəlirləri 494.2 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5.5% çoxdur.

Oxu.Az Statistika Komitəsinə istinadən xəbər verir ki, gəlirlərin 62.4%-i nömrə (otaq) xidmətlərindən, 26.8%-i ictimai iaşə xidmətlərindən, 2.8%-i müalicə və sağlamlıq xidmətlərindən, 8%-i isə digər xidmətlərdən əldə edilib.

Hesabat dövründə mehmanxana və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6.1% artaraq 3.469.3 minə çatıb. Gecələmələrin 58.1%-i paytaxt Bakı, 5.8%-i Qusar, 5.5%-i Xaçmaz, 4.9%-i Naftalan, 3.8%-i Qəbələ, 3.3%-i Quba, 2.9%-i Lənkəran, 2.5%-i Şabran, 1.5%-i Şamaxı, 1.2%-i Qax və Şuşa, 1.1%-i Masallı, 1.0%-i isə Naxçıvan Muxtar Respublikasında qeydə alınıb. Digər şəhər və rayonlarda isə gecələmələrin 7.2%-i baş tutub.

Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9.3% artaraq 1.937.0 min təşkil edib ki, bu da ümumi gecələmələrin 55.8%-ni təşkil edir. Əcnəbilərin gecələmələrinin 14.1%-i Hindistan, 10.9%-i Rusiya Federasiyası, 9.1%-i Səudiyyə Ərəbistanı, 8.7%-i Türkiyə, 4.9%-i Birləşmiş Ərəb Əmirlikləri, 4.6%-i İsrail, 3.6%-i Pakistan, 3.5%-i ABŞ, 3.5%-i Çin, 3.2%-i Özbəkistan, 2.8%-i Qazaxıstan və Küveyt, 2.3%-i Böyük Britaniya, 1.2%-i Almaniya, 1%-i İtaliya, 0.8%-i Gürcüstan, 0.6%-i İran, Bəhreyn və Ukrayna, 21.2%-i isə digər ölkələrdən olan turistlərin payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin gecələmələrinin 80.6%-i Bakıda, 6.4%-i Qusarda, 4.2%-i Naftalanda, 3.4%-i Qəbələdə, 2.4%-i Qubada, 0.6%-i Şamaxıda, 2.4%-i isə digər şəhər və rayonlarda qeydə alınıb.

Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2.4% artaraq 1.532.3 minə çatıb və ümumi gecələmələrin 44.2%-ni təşkil edib.

Ölkə üzrə mehmanxana və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi 25 % olub (2024-cü ilin yanvar-sentyabr aylarında 24.8%). Tutumdan istifadə göstəricisi Şabranda 46.9%, Naftalanda 46.7%, Bakıda 36.9%, Qusarda 33.4%, Sabirabadda 27.4%, Lənkəranda 23.4%, Qəbələdə 22.8%, Qubada 21.8%, Şamaxıda 21.6%, Bərdədə 19.4%, Biləsuvarda 18.2%, Qaxda 17.4%, Xaçmazda 16.5%, Laçında 16.4%, digər şəhər və rayonlarda isə 16.4%-dən aşağı olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Oktyabr 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri