Icma.az
close
up
RU
Dörd arvad almaq Azərbaycanda da qəbul oluna bilər?

Dörd arvad almaq Azərbaycanda da qəbul oluna bilər?

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Rusiya müsəlmanlarına dördə qədər dini nikah bağlamağa icazə verilib.

Bu qərarı Rusiya Müsəlmanları Ruhani İdarəsinin (MDM) Üləmalar Şurası qəbul edib.

Moskva müftisi İldar Alyautdinov fətvanın mahiyyətində Rusiya dövləti tərəfindən tanınmayan və hüquqi nəticələrə səbəb olmayan dini nikah dayanır. 

İldar Alyautdinov bildirib ki, bir kişinin eyni vaxtda ikinci, üçüncü və hətta dördüncü dini nikah bağlamasına icazə verilməsi bir neçə səbəbdən zəruridir:

“Məsələn, arvad  səhhətinə və ya yaşına görə uşaq dünyaya gətirə bilmirsə, həmçinin ər-arvad cinsi baxımdan uyğun gəlmirsə başqa qadınlarla da nikaha girə bilər. Müfti əlavə edib ki, bütün arvadlar maddi olaraq bərabər şəkildə təmin edilməli, ayrıca mənzilləri olmalı,  onunla bərabər vaxt keçirilməlidir. Bu şərtlər yerinə yetirilməzsə, kişiyə çoxarvadlı nikaha girməyə icazə verilmir".

İldar Alyautdinov görə, Rusiyada çoxarvadlılığı leqallaşdıran qanun bir sıra ailə və sosial problemləri həll etməyə imkan verəcək. 

Onun fikrincə, bu fətva demoqrafik vəziyyətə müsbət təsir göstərəcək.

Fətvanın xəbərindən dərhal sonra isə bir çox rusiyalı ekspertlər və ictimai xadimlər bu təşəbbüsün əleyhinə kəskin çıxış ediblər.

Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü Kirill Kabanov vurğulayıb ki, Ruhani İdarəsinin qərarı əslində bütün ölkə vətəndaşları üçün məcburi olan qanunlara uyğun deyil, “şəriət qanunu ilə yaşanlara və digər Rusiya vətəndaşlarına” bölür.

“Hər şey xəbərdar etdiyimiz kimidir. Biz İslam bankçılığı (şəriət qanunlarına əsasən bank xidmətləri) və eyni dini qanunlara əsasən biznes fəaliyyətini leqallaşdırdıqdan sonra məlum oldu ki, bu, sadəcə başlanğıcdır. Məntiqə görə, bu fətvadan sonra növbəti addım Rusiya məhkəmə sisteminin rədd edilməsi və şəriət məhkəmələrinin tətbiqidir”, - deyə Kabanov “Telegram” kanalında yazıb. 

Bəs bu fətva ölkəmizdə də tətbiq oluna bilər?

Məsələ ilə bağlı ilahiyyatçı Tural İrfan "Cebheinfo.az"a açıqlamasında bildirib ki, bu, həmin dini icmanın mövcud olduğu dövlətin qanunlarına bağlı bir məsələdir.

Onun sözlərinə görə, şübhəsiz ki, bu, müasirlik ilə uyğunlaşmalıdır:

“Düzdür, dördə qədər dini nikah bağlamaqla bağlı müxtəlif prizmadan yanaşmalar ola bilər. Amma burada həmin dinin mövcud olduğu dövlətin qanunlarına münasibətdən də söhbət gedir. Təbii ki, bu, bəzi ərəb ölkələrində də var. Yəni həmin ölkələrdə dörd evliliyə icazə verilib. Hətta səhv etmirəmsə, Qərb ölkələrinin bəzilərində də paralel şəkildə bir neçə evliliyə icazə verilir.

O qeyd edib ki, bu gün dünyəvi qanunlarla dini qarşı-qarşıya qoymaq lazım deyil:

“Əgər həmin dövlət özü ona icazə veribsə, biz burada ziddiyyət görməməliyik. Burada söhbət əsasən Rusiyadan gedir. Məhz Rusiya buna icazə veribsə və dində də bu cür yanaşma varsa, şübhəsiz ki, burada qəbahət heç nə yoxdur. Bu, Rusiya dövlətinin öz işidir”.

Tural İrfan qeyd edib ki, Azərbaycanda da belə bir fətvanı veriləcəyini düşünmürəm:

“Azərbaycan hüquqi dövlətdir və din dövlətdən ayrıdır. Ona görə də bu kimi qanunları dövlət qəbul edir. Yəni bu cür məsələlər hansısa dini qurumun, icmanın istəyi ilə olmur. Adətən bu cür addımlar insan sayının azalması ilə bağlı statistikalar və müxtəlif məsələlə ilə bağlı zərurət yarandıqda atılır.

Din özü də başqa evliliyə zərurət yarandığı zamanı icazə verir. Quranın özündə də bildirilir ki, bir qadınla evlənmək daha məsləhətlidir. Ancaq müəyyən zərurət məqamlarında bu evliliklərə icazə verilir.  Yoxsa hər bir müsəlmanın 4 arvad alması kimi bir şey yoxdur. Düşünürəm ki, Rusiyada da qəbul edilən məsələ bu qəbildən ola bilər”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Dekabr 2024 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri