Dörd ay əvvəl həbs edilən məmurun cinayət işinə xitam verildi
Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bir müddət əvvəl xüsusi əməliyyat nəticəsində həbs edilən Azərbaycan Dövlət Akademik Filarmoniyasının əməkdaşı Rəşad Məmmədov barəsindəki cinayət işinə xitam verilib.
Yeniavaz.com “Report”a istinadla xəbər verir ki, buna səbəb cinayət işi üzrə dəymiş ziyanın tam olaraq ödənilərək dövlət büdcəsinə qaytarılmasıdır.
Rəşad Məmmədov barəsində bir müddət əvvəl də həbs qətimkan tədbiri ləğv edilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənmişdi.
Qeyd edək ki, Filarmoniyanın direktoru Murad Adıgözəlzadənin köməkçisi olan Rəşad Məmmədova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 311 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülmüşdü.
İttihama görə, cinayət işi üzrə 70 min manata yaxın ziyan olub.
Bu mövzuda digər xəbərlər:Dörd ay əvvəl həbs edilən məmur ev dustaqlığına buraxıldı
14 Noyabr 2024 12:38
Trampın cinayət işinə XİTAM VERİLDİ
26 Noyabr 2024 17:56
Onun barəsindəki cinayət işinə xitam verildi
15 Noyabr 2024 17:36
Müqaviləsinə vaxtından əvvəl xitam verildi
11 Fevral 2025 18:24
Rəşad Məmmədov barəsindəki cinayət işinə xitam verildi
15 Noyabr 2024 17:51
Baxış sayı:63
Bu xəbər 15 Noyabr 2024 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















