Icma.az
close
up
RU
Dörd diyetoloq cavab verdi: Hansı yağ ən faydalıdır?

Dörd diyetoloq cavab verdi: Hansı yağ ən faydalıdır?

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Kulinariya üçün müxtəlif yağ növləri mövcuddur və hər birinin özünəməxsus dadı və qida xüsusiyyətləri var. Buna görə də ən uyğun olanı seçmək bəzən çətin olur. 

Qaynarinfo xəbər verir ki, "RealSimple" portalı dörd dietoloqa müraciət edərək, hansı yağın onların fikrincə ən sağlam olduğunu soruşub. Mütəxəssislərin hamısı yekdilliklə eyni cavabı verib – zeytun yağı.

Qida dəyəri

"Üstünlük yüksək miqdarda faydalı yağlar, xüsusən də tək doymamış yağlar və az miqdarda doymuş yağlar olan növlərə verilməlidir", deyə diyetoloq Sapna Peruvemba izah edib.

"Tək doymamış, yəni "yaxşı” yağlar ürək sağlamlığı üçün faydalıdır: onlar "pis" xolesterinin (LDL) və triqliseridlərin səviyyəsini aşağı salır və bununla da ürək-damar xəstəlikləri riskini azaldır", deyə diyetoloq Şeyla Patterson bildirib.

Bəzi tədqiqatlara görə, müəyyən növ doymuş yağların uzun müddət və çox miqdarda qəbul edilməsi ürək-damar xəstəlikləri riskini artıra bilər.

Dietoloqlar həmçinin qismən hidrogenləşdirilmiş yağlardan (transyağlardan) uzaq durmağı məsləhət görürlər, çünki tədqiqatlar onların ürək sağlamlığına mənfi təsir göstərdiyini sübut edib.

Dumanlanma temperaturu

"Yüksək temperaturda sabit qalan yağlara üstünlük verirəm, çünki aşağı dumanlanma temperaturuna malik olanlar tez oksidləşərək orqanizmə zərərli maddələr əmələ gətirə bilər”, deyə diyetoloq Sem Şleyger qeyd edib.

Emal dərəcəsi

"Minimum emaldan keçmiş (soyuq sıxılmış və ya birinci soyuq sıxım) yağları seçirəm, çünki bu cür yağlar daha çox antioksidant və qida maddələrini saxlayır", diyetoloq Ceymi Adams bildirib.

Dad və saxlanma qaydası

"Yağın keyfiyyətini qorumaq üçün onu tünd şüşə qabda və sərin, qaranlıq yerdə saxlamaq lazımdır”, deyə Patterson tövsiyə edib.

Niyə zeytun yağı ən faydalı sayılır

Dörd diyetoloqun hamısı gündəlik yeməklərin hazırlanmasında eyni yağı istifadə etdiklərini etiraf edib – zeytun yağını. Onların fikrincə, bu yağ sağlam kulinariya üçün tələb olunan bütün meyarlara cavab verir.

"Zeytun yağı ürək üçün faydalı tək doymamış yağlarla zəngindir, həmçinin güclü antioksidant olan polifenolları ehtiva edir. Onlar iltihabı azaldır, qan lipidlərinin səviyyəsini yaxşılaşdırır və ürək-damar sistemini qoruyur", deyə Peruvemba vurğulayıb.

Tədqiqatlar da bu fikri təsdiqləyir: zeytun yağının istifadəsi ürək-damar xəstəlikləri və ümumi ölüm riskinin azalması ilə əlaqələndirilir. Rafinə edilmiş zeytun yağının dumanlanma temperaturu 200–250 dərəcə Selsi, birinci soyuq sıxım zeytun yağının isə 175–210 dərəcə Selsi arasındadır. Bu da onu gündəlik yeməklərin hazırlanması üçün universal edir.

Birinci soyuq sıxım zeytun yağı təkcə qidalandırıcı deyil, həm də dadlıdır. O, həm salatlarda, həm də tərəvəzlərin qızardılması və ya balığın sobada bişirilməsi üçün eyni dərəcədə uyğundur. "Onun çoxşaxəliliyini sevirəm – istər salat üçün, istərsə də bişirmə və qızartma üçün əvəzolunmazdır", deyə Adams bildirib.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Noyabr 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri