Icma.az
close
up
RU
Hansı yağ daha faydalıdır: Zeytun, yoxsa kokos?

Hansı yağ daha faydalıdır: Zeytun, yoxsa kokos?

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Həm kokos yağı, həm də zeytun yağı sağlam qidalanmanın bir hissəsi ola bilər. Hər iki yağ növü orqanizmdə potensial zərərli iltihabi proseslərin azalmasına kömək edə bilər. 
Demokrat.az
xəbər verir ki, lakin "Real Simple" nəşrinin danışdığı diyetoloqların fikrincə, bu yağlar arasındakı fərqləri anlamaq onların düzgün istifadəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Zeytun yağı necə əldə olunur?
Zeytun yağı zeytun ağacının meyvələrinin sıxılması yolu ilə əldə edilir və kulinariyada yüksək qiymətləndirilir. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bir xörək qaşığı ekstra virgin (ilk soyuq sıxım) zeytun yağında 119 kalori və 13,5 qram yağ mövcuddur.
Bu yağın 9,5 qramını ürək sağlamlığı ilə əlaqələndirilən və güclü iltihabəleyhinə xüsusiyyətlərə malik olan tək doymamış yağ turşuları təşkil edir.
Bundan əlavə, E vitamini və polifenollar kimi antioksidantlar zeytun yağının sağlamlıq faydalarını artırır. Zeytun yağı çox yönlü məhsuldur: qızartma, sobada bişirmə, salatların hazırlanması və hətta xəmir məmulatlarında istifadə üçün uyğundur. Dadı növündən asılı olaraq yumşaq və yağlı notlardan tutmuş daha kəskin və ifadəli çalarlara qədər dəyişə bilər. Buna görə də yeməyin əsas dadını dəyişdirmədən bir çox reseptə əlavə oluna bilir.
Kokos yağı nə ilə fərqlənir?
Kokos yağı yetişmiş kokos meyvəsinin lətindən hazırlanır və tamamilə fərqli dad xüsusiyyətlərinə malikdir. O, tropik və bir qədər şirin dada sahibdir, eyni zamanda daha yüksək miqdarda doymuş yağ ehtiva edir.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, bir xörək qaşığı kokos yağında 121 kalori və 13,5 qram yağ mövcuddur. Bunun 11,2 qramı doymuş yağlardır.
Məhz yüksək doymuş yağ tərkibi qidalanma mütəxəssisləri arasında müzakirələrə səbəb olur. Bununla belə, kokos yağında olan bəzi yağ turşuları onun da iltihabəleyhinə xüsusiyyətlərə malik olduğunu göstərir. Bu barədə 2019-cu ildə "The Journal of Nutritional Biochemistry" jurnalında dərc olunmuş elmi məqalədə qeyd edilib.
Kokos yağının özünəməxsus dadı bəzi yeməklərə, xüsusilə desertlərə və köri kimi yeməklərə fərqli ləzzət qatır ki, bu da onun əsas üstünlüklərindən biri hesab olunur.
Hansı bitki yağı daha yaxşıdır?
Mütəxəssislərin fikrincə, gündəlik istifadə üçün zeytun yağı aydın üstünlüyə malikdir. O, ürək sağlamlığını dəstəkləyir, çoxsaylı yeməklərdə istifadə oluna bilir və yeməyin dadını ciddi şəkildə dəyişdirmir.
Kokos yağı isə tropik dad notları əlavə etmək istənilən yeməklər, desertlər və xüsusi reseptlər üçün yaxşı seçimdir. Lakin yüksək doymuş yağ tərkibinə görə onun daha ölçülü istifadə edilməsi tövsiyə olunur.
Zeytun yağında kokos yağı ilə müqayisədə daha çox iltihabəleyhinə maddələr mövcuddur. Bunlara tək doymamış yağlar, polifenollar və oleokantal daxildir. Kokos yağında olan laurin turşusunun da iltihabəleyhinə təsir göstərə biləcəyi ehtimal edilsə də, onun insan orqanizmindəki təsiri zeytun yağı qədər ətraflı araşdırılmayıb.
Zeytun yağından istifadə zamanı buraxılan səhvlər
Mütəxəssislər xatırladırlar ki, zeytun yağının faydalarından tam yararlanmaq üçün onu düzgün saxlamaq vacibdir. Yağı işıq və istilik mənbələrinin yaxınlığında saxlamaq olmaz, çünki bu halda faydalı maddələrin parçalanması riski artır.
Zeytun yağı işıq keçirməyən qabda – tünd rəngli şüşə butulkada və ya metal qabda saxlanmalıdır.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 İyun 2026 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see333

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see314

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see305

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see302

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see293

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see284

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see264

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see260

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see253

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see250

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see247

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see244

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see238

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see237

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see230

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see217

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see202

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see202

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri