Dörd dövlət qurumu bu əraziyə çağırıldı: təhlükə var FOTO
Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakının Sabunçu rayonu, Komsomol dairəsi adlanan ərazidə piyadaların keçidi zamanı qəza riski yaranır. Buna səbəb piyada zolağının normal nişanlanmaması və işıqlanmanın zəif olmasıdır. Bu da xüsusən axşam saatlarında ciddi təhlükə yaradır. Bu barədə Tribunainfo.az-a ərazidə yaşayan sakinlər məlumat verib. Onlar sürücülərin bir çox hallarda piyadalara yol vermədiyini, piyada zolağını normal görmədiyini qeyd ediblər. Axşam saatlarında isə işıqlanma yox dərəcəsində olduğu üçün piyadalar ərazini risk edərək keçirlər, ya da sürücülərin humanist davranacağını gözləyirlər. Vətəndaşlar Bakı Nəqliyyat Agentliyi, Yerüstü Nəqliyyat Agentliyi, Dövlət Yol Polisi və “Azərişıq” ASC-nin ərazidə kompleks tədbirlər görməsini xahiş edirlər. Bu şəraitdə isə piyadavurma halları hər saniyə yaşana bilər. Nəzərə almaq lazımdır ki, qaranlıq vaxtlarda ərazidən keçid təhlükəlidir və əsasən də yaşlı, yanında körpəsi olanlar üçün daha böyük çətinlik yaradır.
Gülşən
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 07 Mart 2025 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















