“Ankara Qəzzada üzərinə düşəni yerinə yetirməyə hazırdır” Hakan Fidan
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Qəzzada sülh planının həyata keçirilməsi üçün rəsmi Ankara üzərinə düşən hər bir missiyanı yerinə yetirməyə hazırdır”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan “TRT Haber”ə müsahibəsində deyib.
Nazir bu prosesin insani yardım, bölgənin yenidən qurulması və sülhməramlı qüvvələrin yerləşdirilməsi kimi sahələri əhatə edə biləcəyini vurğulayıb:
“BMT-nin Təhlükəsizlik Şurasının qərarlarının tətbiqi üçün Qəzza ilə həmsərhəd olan iki ölkə – Misir və İsrail ilə koordinasiya şərtdir”.
Hazırda ABŞ-nin Türkiyənin bölgədəki varlığına müsbət yanaşdığını və bu istiqamətdə tələbinin olduğunu qeyd edən nazir İsrailin buna qarşı mövqe nümayiş etdirdiyini bildirib:
“Türkiyənin sülh planında konkret rolunun necə formalaşacağı digər tərəfdaşlarla aparılan təmaslar və koordinasiya görüşləri nəticəsində yaxın gələcəkdə dəqiqləşəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 09 Yanvar 2026 23:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















