Dörd gün əvvəl aldığı 8 milyonluq yaxta batdı Fotolar
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
İtaliyanın Sardiniya adasının sahillərində 30 metr uzunluğu olan “Angiola II” yaxtası batıb.
“Qafqazinfo” “Messaggero” nəşrinə istinadən xəbər verir ki, mühərrikdəki nasazlığa görə meydana gələn yanğın və içinə suyun daxil olması nəticəsində gəmi dənizin dibinə qərq olub.
Məlumata əsasən, 8 milyon avrodan çox dəyərə malik yaxtanın yeni sahibi olan italiyalı sahibkar onu hadisədən cəmi 4 gün əvvəl əldə edibmiş.
Qəza zamanı gəmidə 14 nəfər olub. Onların hamısı gəmini tərk edə bilib və xilas edilib, xəsarət alan yoxdur.
Hazırda yaxtanın Kosta-Smeralda sahili yaxınlığında təxminən yeddi metr dərinlikdə olduğu bildirilir. Hakimiyyət orqanları onun sudan çıxarılması istiqamətində işlərə hazırlıqlar görür.



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 13 Avqust 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















