Icma.az
close
up
RU
Dörd günə dəyişən hərbi siyasi reallıq

Dörd günə dəyişən hərbi siyasi reallıq

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan xalqı vətənpərvər və qəhrəman xalqdır. Bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mərd və cəsarətli Azərbaycan gənclərini, əsgər və zabitlərini yetişdirməkdədir. Vətənpərvərlik anlayışı özündə vətənə, millətə müxtəlif səviyyə və istiqamətlərdə xidmət etməyi birləşdirirsə, bunların zirvəsində Vətən üçün ölümə hazır olmaq dayanır. Bu, vətənpərvərliyin ən uca və ali formasıdır. Hələ indiyədək bəşər övladı Vətənə xidmət etməyin bundan uca zirvəsini kəşf etməmişdi.

Qəhrəmanlıq haqqında belə bir deyim var ki: "Anadan olanda heç kim dünyaya qəhrəman kimi gəlmir. Qəhrəmanlar döyüşdə doğulur". Bu baxımdan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın növbəti qəhrəmanları doğuldular.

Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır.

1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideoloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi, Ermənistan silahlı qüvvələrinin vəhşilikləri nəticəsində kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirdilər.

1994-cü ildə (“Bişkek protokolu”) atəşkəs haqda sənəd imzalandı, mayın 11-dən 12-nə keçən gecə isə atəşkəs rejimi qüvvəyə mindi. Lakin, atəşkəs elan edilməsinə baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini dəfələrlə pozmaqda davam edirlər.

Son illərdə artan təxribatlar, snayper atəşləri və uğursuz diplomatik danışıqlar vəziyyəti kritik həddə çatdırmışdı. Nəhayət, 2016-cı ilin aprelində bu gərginlik açıq hərbi toqquşmaya çevrildi.

Erməni təcavüzkarlarının növbəti atəşkəs rejimini pozmaq cəhdi aprel ayının 1-dən 2-nə keçən gecə baş verdi. Gün ərzində Azərbaycanın cəbhə boyu mövqeləri və yaşayış məntəqələri erməni silahlı qüvvələri tərəfindən minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə güclü artilleriya atəşinə məruz qaldı. Azərbaycan Ordusu bir neçə istiqamətdə əks-hücum əməliyyatına başladı. Tərtər, Ağdərə, Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlər qısa müddətdə yüksək intensivlik qazandı. Ən diqqətçəkən uğurlardan biri Füzuli rayonunda yerləşən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinin azad olunması oldu. Bu yüksəklik ətraf ərazilərə nəzarət baxımından xüsusi əhəmiyyət daşıyırdı.

Talış kəndi ətrafında gedən döyüşlər də mühüm nəticələrlə yadda qaldı. Azərbaycan Ordusu bir sıra mövqeləri ələ keçirərək cəbhə xəttində taktiki üstünlük əldə etdi. Hərbi ekspertlərə görə, bu əməliyyatlar əvvəlcədən planlaşdırılmış və müasir texnologiyalarla dəstəklənmişdi.

Tarixə nəzər yetirərkən aydın olur ki, bütün müharibələrin gedişində bir dönüş nöqtəsi olub və bu dönüş nöqtələri savaşın müqəttaratında böyük rol oynayıb.

Məlum aprel hadisələrini də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində dönüş nöqtəsi kimi qiymətləndirsək yəqin ki, yanılmarıq. Ordumuzun bu hadisələr zamanı göstərdiyi şücaət belə deməyimizə tam əsas verir.

Düşmən hücumlarına layiqli cavab verən igidlərimiz torpaqlarımızın sahibsiz olmadığını bir daha sübut etdilər. Ən başlıçası aprel döyüşləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində bir çox mətləblərə aydınlıq gətirdi. Əgər ümumiləşdirsək görərik ki, dörd gün davam edən döyüşlər ən əsas danılmaz həqiqəti üzə çıxartdı. Bu həqiqət hərbi müstəvidə tərəflərin nəyə, hansı gücə və potensiala malik olduqlarının açıq şəkildə göstərdiyini sübut etdi.

Nəhayət, həyata keçirilən müvafiq tədbirlər nəticəsində şimal istiqamətində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi ətrafında, cənubda isə Horadiz şəhəri və Araz çayı boyunca Cəbrayıl rayonunun bəzi kəndlərinin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm ərazilər azad edildi. Bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mövqelər quruldu və mühəndis-istehkam tədbirləri həyata keçirildi.

Azərbaycan Ordusu düşmənə qarşı öz ərazilərimizdə əməliyyat aparıb. Bu baxımdan da beynəlxalq təşkilatlar, nüfuzlu ölkələr aprel döyüşləriylə bağlı Azərbaycan əleyhinə bir söz deyə bilməzdilər. Azərbaycan qarşılıqlı qaydada hərbi əməliyyatları dayandırmağa razı oldu və bununla da münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini bir daha nümayiş etdirdi.

Rəsmi Azərbaycan bəyan etdi ki, işğal faktı, mövcud status-kvo ilə barışmaq və Ermənistanın təxribatlarına dözmək niyyətində deyil. Əksinə, düşmənə layiqli cavab vermək, torpaqlarını azad etmək iqtidarındadır.

Düşmənlə müqayisədə Azərbaycan münaqişənin dinc yolla həllinə tərəfdar olduğunu və bu istiqamətdə səylərini əsirgəmədiyin də göstərdi.

Aprelin 5-də tərəflər atəşkəsə razılaşdı. Bu prosesdə ATƏT Minsk qrupu və xüsusilə Rusiya vasitəçilik rolunu oynadı. Lakin ekspertlər hesab edir ki, bu atəşkəs müvəqqəti xarakter daşıyırdı və problemin köklü həlli yenə də açıq qalırdı.

Aprel döyüşləri təkcə lokal hərbi uğur və ya itki ilə ölçülə bilməz. Bu hadisələr regionda status-kvonun dəyişə biləcəyini göstərdi. Uzun illər davam edən nisbi sakitlik əslində sabitlik deyil, sadəcə təxirə salınmış qarşıdurma idi.

Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.

Bir çox analitiklərin fikrincə, Aprel döyüşləri gələcəkdə baş verəcək daha genişmiqyaslı toqquşmaların xəbərçisi oldu. Bu proqnoz 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi ilə öz təsdiqini tapdı.

Tarixə “dördgünlük müharibə” kimi düşən Aprel döyüşləri qısa müddətdə böyük nəticələr doğurdu. Bu hadisələr həm hərbi strategiyada, həm də siyasi yanaşmada yeni reallıqlar yaratdı. Ən əsası isə göstərdi ki, həll olunmamış münaqişələr gec-tez yenidən alovlanır və bu alovun qarşısını almaq üçün yalnız atəşkəs deyil, davamlı sülh lazımdır.

Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha da qüdrətli, daha möhkəm olması yolunda şəhid olmuş bütün insanların əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

İlham Quliyev

YAP Yasamal rayon, “Neftqazelmitədqiqatlayihə” institutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Aprel 2026 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri