Dörd günlük iş rejimi daha məhsuldardır YENİ TƏDQİQAT
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dörd günlük iş həftəsi Britaniyada tədricən reallığa çevrilir. SİA “Independent”ə istinadla xəbər verir ki, bu il Böyük Britaniyada müxtəlif sahələri təmsil edən 17 şirkət dördgünlük iş həftəsini sınaqdan keçirib. “4 Day Week Foundation” tərəfindən təşkil olunan pilot proqramda təxminən min əməkdaş iştirak edib və onların əməkhaqları dəyişmədən saxlanılıb. Sınaq uğurla başa çatdıqdan sonra bütün 17 şirkət bu sistemi müəyyən formada davam etdirməyə qərar verib. Aparılan sorğulara əsasən, iştirakçıların təxminən üçdə ikisi dörd günlük iş rejiminin onları daha az tükənmiş hiss etdirdiyini bildirib və bu sistem həm işçilər, həm də işəgötürənlər üçün faydalı nəticələr göstərməkdədir. Ekspertlərin fikrincə, bu model üzrə çalışan işçilər əslində daha çox iş görür, eyni zamanda daha az tükənmişlik hiss edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 06 İyul 2025 08:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















