Icma.az
close
up
RU
Dörd ilə 40 faiz: İpoteka evlərinin qiyməti gənc ailələr üçün əlçatmaz olur

Dörd ilə 40 faiz: İpoteka evlərinin qiyməti gənc ailələr üçün əlçatmaz olur

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda mənzil bazarında qiymət artımı artıq sadə statistika deyil, sosial problemə çevrilib. Son 4 ildə ipotekaya yararlı evlərin qiyməti 40 faizə qədər bahalaşıb. Bu isə ev sahibi olmaq arzusunda olan minlərlə gənc ailə və orta təbəqə üçün ciddi maneədir.

İpoteka – çıxış yolu, yoxsa yeni yük?

Bir vaxtlar ipoteka proqramı gənc ailələrin ən böyük ümid yeri idi. Amma hazırkı şəraitdə bu proqram da əlçatanlığını itirməkdədir. Qiymətlər qalxdıqca ilkin ödəniş artır, aylıq ödənişlər isə ailə büdcəsinin böyük hissəsini udur. Beləliklə, mənzil sahibi olmaq arzusunda olan gənclər ömürlərinin ən məhsuldar illərini ağır kredit öhdəlikləri ilə keçirirlər.

Bahalaşma dalğası

Əmlak eksperti Elnur Fərzəliyev qeyd edir ki, ipoteka evlərinə maraq artdıqca qiymətlər də yüksəlir. Amma buradakı paradoks ondan ibarətdir ki, əslində ipotekaya marağın səbəbi qiymət artımıdır və vətəndaşlar sabah daha baha olacağını düşündükləri üçün bu gün borca girirlər. Nəticədə tələb qiyməti özü artırır.

Gənc ailələrin yükü

Evlənib yeni həyata başlayan ailələrin ən böyük arzusu ev sahibi olmaqdır. Amma mənzil bazarındakı bahalaşma bu arzunu ya illərlə təxirə salır, ya da gəncləri ağır kredit öhdəliklərinə sürükləyir. Aylıq gəliri orta səviyyədə olan insanlar üçün ipoteka artıq çıxış yolu yox, daha çox psixoloji və maliyyə yükünə çevrilib.

Əgər dövlət ipoteka mexanizmini sadəcə kredit aləti kimi deyil, sosial dəstək vasitəsi kimi inkişaf etdirməsə, mənzil almaq yaxın gələcəkdə orta təbəqə üçün mümkün olmayacaq. Ev sahibi olmaq yalnız varlıların imtiyazına çevriləcək.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Sentyabr 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri