Icma.az
close
up
RU
Qızılın qiyməti əlçatmaz oldu Azərbaycan bazarına təsiri

Qızılın qiyməti əlçatmaz oldu Azərbaycan bazarına təsiri

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti 3 050 ABŞ dollarına yaxınlaşır.

News24.az birja məlumatlarına istinadən xəbər verir ki, martın 19-u səhər saatlarına olan məlumata görə, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,18% artaraq 3 046,06 ABŞ dollarına bərabər olub.

Bu arada “Fitch Ratings” beynəlxalq reytinq agentliyi qızılın 2025-2027-ci illər üçün qiymət proqnozunu yüksəldib. Məlumata görə, “Fitch” 2025-ci il üzrə qızılın orta qiyməti ilə bağlı proqnozunu 2100 dollardan 2400 dollara, 2026-cı il üzrə 1700 dollardan 2100 dollara, 2027-ci il üzrə isə 1700 dollardan 2000 dollara qədər artırıb. Başqa sözlə, proqnoz 2025-2027-ci illər üzrə 300-400 dollar artırılıb.

Agentlik qeyd edib ki, yeni proqnoz geosiyasi risklər səbəbindən investorların qızıla tələbinin artması ilə bağlıdır: “2025-2027-ci illər üçün artırılmış qızıl qiyməti proqnozları, qiymətli metalın "təhlükəsiz liman" olması ilə bağlıdır. Ticarət müharibəsi ilə bağlı narahatlıqlar və səhmlər, eləcə də istiqraz bazarlarındakı dəyişkənlik qızıla yatırımları artıraraq qiymətlərin rekord səviyyəyə çatmasına səbəb olub. Geosiyasi risklər və investorların inflyasiya, həmçinin dövlət borcu ilə bağlı artan narahatlıqları yaxın və orta müddətli qiymət proqnozlarını dəstəkləyir".

İqtisadçı Eyyub Kərimli “Yeni Müsavat”a mövzunu şərh edərkən bildirdi ki, qızılın qiymətinin artması qızıla olan tələbatın artması ilə əlaqədardır: “Məlum olduğu kimi, neft qiymətlərinin enməsi qızıl tədarükünə sabit maliyyə aləti kimi tələbatı artırıb. Hazırda dünya bankları da qızıl alışını artırıb. Qızıl qiymətinin artmasına təsir edən amillərdən biri də budur. Azərbaycana isə bu, iki istiqamətdə təsir göstərir. Ölkəmiz həm də qızıl ixracatçısıdır. Təkcə 2024-cü ildə qızıl ixracı 180 milyon dollar olub. Bu da qeyri-neft sektorundan sonra ölkəmizə valyuta gətirən əsas sahələrdən biridir. Bu baxımdan qızılın qiymətinin artması qızıl ixracatçısı kimi büdcə gəlirlərimizi artırır, lakin bununla yanaşı, Azərbaycan həm də qızıl idxalatçısıdır”. 

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 478.3 kq qızıl, 776.6 kq isə gümüş istehsal edilib. Ölkədə qızıl istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 81.4%, gümüş istehsalı isə 36.8% artıb.

2025-ci il mart ayının 1-nə Azərbaycanda qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 160.4 kq və 668.9 kq təşkil edib.

Qeyd edək ki, Dünya Qızıl Şurasının (World Gold Council, WGS) məlumatına görə, dünyanın müxtəlif ölkələrinin mərkəzi bankları ardıcıl üç ildir ehtiyatlarını artırmaq üçün min tondan çox qızıl alır. İnkişaf etməkdə olan ölkələrin mərkəzi bankları qiymətli metalın xalis alışı üzrə lider mövqelərini qoruyurlar. Ən böyük qızıl ehtiyatları olan ölkələr siyahısında ABŞ lider mövqedədir, onun qızıl ehtiyatları 8133,46 tondur. İkinci yeri Almaniya (3351,53) tutur. Ardınca müvafiq olaraq, İtaliya (2451,84), Fransa (2437), Rusiya (2335,9) və Çin (2279,56) gəlir. İlk onluğa həmçinin İsveçrə, Hindistan, Yaponiya və Niderland da daxildir.

Ekspertlərin proqnozlarına görə, 2025-ci ildə mərkəzi bankların qızıla olan marağı davam edəcək və alışların həcmi 900 tona çata bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://news24.az
archiveBu xəbər 20 Mart 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see214

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see210

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see171

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see165

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see156

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see151

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see150

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see147

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see145

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see145

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see139

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see136

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see134

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see133

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri