Dörd mindən çox əcnəbi Peterburqdan ÇIXARILDI: azərbaycanlılar da var
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Rusiyanın məhkəmə icraçıları yanvar-iyun ayları ərzində ölkədə qalma qaydalarını pozmuş 4050 əcnəbini Sankt-Peterburqda yerləşən Pulkovo hava limanında sərhəd nəzarətinə təhvil veriblər.
Lent.az yerli mediaya istinadla bildirir ki, həmin şəxslərin hamısı məhkəmə qərarı ilə ölkədən çıxarılıb.
Ölkədən çıxarılanların əksəriyyətini Özbəkistan və Tacikistan vətəndaşları təşkil edib. Siyahıda Azərbaycan, Pakistan, Nigeriya, Livan, İordaniya, Sudan və Braziliyadan olan şəxslər də yer alıblar. Bəzi şəxslərdə isə ümumiyyətlə heç bir ölkənin vətəndaşlığı olmayıb. Qanunsuz şəkildə ölkəyə daxil olduqlarına və ya Rusiyada qalma rejimini pozduqlarına görə onların hər biri inzibati məsuliyyətə cəlb edilib.
Qeyd edək ki, ötən 2025-ci il ərzində Sankt-Peterburqdan 8 mindən bir qədər çox miqrant ölkədən çıxarılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 13 İyun 2026 10:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















