Dörd ölkədə elektrik kəsildi
Bakupost saytına istinadən Icma.az xəbər verir.
Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanda kütləvi elektrik enerjisi kəsintiləri baş verib.
"Bakupost" xəbər verir ki, bu barədə Qırğızıstanın "Kaktus", Tacikistanın "Asia Plus", Qazaxıstanın "Tengrinews" və Özbəkistanın "Gazeta" nəşrləri məlumat yayıb.
Məlumata görə, Almatının demək olar ki, bütün ərazisi işıqsız qalıb, Qazaxıstanın cənub vilayətlərində də elektrik enerjisinin verilişi dayandırılıb. Daşkənddə metro fəaliyyətini dayandırıb.
Qazaxıstan Energetika Nazirliyi kəsintilərin enerji sistemində baş verən nasazlıqdan qaynaqlandığını bildirib. Nəticədə üç elektrikötürücü xətt avtomatik olaraq açılıb və Qazaxıstanın enerji sisteminin cənub zonası Mərkəzi Asiyanın vahid enerji sistemindən ayrılıb.
Elektrik təchizatında məhdudiyyətlərin həcmi təxminən 2 810 MVt təşkil edib.
KEGOC-un məlumatına görə, Bakı vaxtı ilə saat 17:09-da Qazaxıstanın enerji sisteminin normal iş rejimi tam bərpa olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 14 Avqust 2026 20:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















