Dörd ölkədən Ermənistana qarşı birgə BƏYANAT
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Avrasiya İqtisadi İttifaqına daxil olan Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri Ermənistanla bağlı birgə bəyanat qəbul ediblər.
Bizim.Media “İnterfax.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib.
O, Ermənistanın Avropa İttifaqına üzvlük planları ilə bağlı sualları cavablandırarkən bildirib ki, bəyanat Astanada keçirilən Avrasiya Ali İqtisadi Şurasının iclasında dörd ölkə lideri tərəfindən qəbul olunub.
O, sənədin detalları barədə məlumat verməyib. Bildirib ki, bəyanat iclasda iştirak edən Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryana təqdim olunub.
Rusiya Prezidentinin köməkçisi qeyd edib ki, Ermənistanın mövqeyi ilə bağlı vəziyyət sammit çərçivəsində müzakirə olunub.
“Formalaşan vəziyyətlə bağlı işgüzar müzakirə aparıldı və hamı bu vəziyyətin nədən ibarət olduğunu yaxşı bilir”, – deyə Uşakov vurğulayıb.
Bizim.Media
Baxış sayı:193
Bu xəbər 29 May 2026 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















