Dörd ölkədən İsrailə qarşı bəyanat: Dərhal dayandır!
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Almaniya, Birləşmiş Krallıq, İtaliya və Fransa İsrailin Qüds yaxınlığındakı E-1 ərazisində yəhudilər üçün evlərin tikintisi ilə bağlı tender elan etmək qərarını qəbuledilməz adlandırıb və İsrail hökumətini dərhal bu planları geri götürməyə, İordan çayının Qərb sahilində məskunlaşmanın genişləndirilməsini dayandırmağa çağırıb.
Axar.az xəbər verir ki, bu barədə dörd ölkənin liderlərinin birgə bəyanatında deyilir.
"İsrail hökumətinin E-1 məskunlaşma layihəsi çərçivəsində tikinti üçün tender elan etmək qərarı qəbuledilməzdir. Beynəlxalq ictimaiyyət uzun müddətdir ki, bu məskunlaşmaların genişləndirilməsinə qarşıdır və həm özəl, həm də açıq şəkildə dərin narahatlıqlarını ifadə edib. E-1 ərazisində məskunlaşma münaqişənin iki dövlətli həlli perspektivlərini sarsıdacaq, Fələstinin ərazi bütövlüyünü pozacaq", - deyə bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 20 Avqust 2026 22:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















