29 ölkədən İrana qarşı bəyanat
Gununsesi saytına istinadən Icma.az xəbər verir.
29 ölkənin xarici işlər nazirləri İrana qarşı birgə bəyanat qəbul edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti məlumat yayıb.
Nazirlər İranın sentyabrın 27-də Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin Feyrford aviabazasında baş vermiş hadisəyə aidiyyəti ilə bağlı Böyük Britaniyanın gəldiyi nəticələri qəbul etdiklərini bəyan ediblər.
“İranın və ya hər hansı digər dövlətin maraqları naminə düşmənçilik fəaliyyəti həyata keçirən şəxslər müəyyən ediləcək və məsuliyyətə cəlb olunacaq. İran bizim suverenliyimizi qorumaq, beynəlxalq koordinasiyanı və milli dayanıqlığı gücləndirmək, vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək və təqsirkarları məsuliyyətə cəlb etmək baxımından birliyimizə və qətiyyətimizə şübhə etməməlidir”, – bəyanatda qeyd olunub.
Bəyanatı ABŞ, Avstraliya, Avstriya, Böyük Britaniya, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, Latviya, Litva, Lüksemburq, Niderland, Yeni Zelandiya, Norveç, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya, İsveç imzalayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 12 Oktyabr 2026 21:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















